SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezidentin sərəncamı: Bu qurumun ipoteka məsələlərinin səlahiyyətləri artıb

Prezidentin sərəncamı: Bu qurumun ipoteka məsələlərinin səlahiyyətləri artıb

Tarix:

3-09-2018, 16:19

/ 1 370 dəfə oxundu.
Prezidentin sərəncamı: Bu qurumun ipoteka məsələlərinin səlahiyyətləri artıb

Bir neçə gün bundan qabaq Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” ölkə başçısının 2018-ci il 13 mart tarixli 3784 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsi aşağıdakı redaksiyada verilir:

"Müşahidə Şurasının sədri
Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri
Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Vəliyeva Məhəbbət Məhərrəm qızı - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Məcidova Məryəm Teymur qızı - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri
Vəliyev Seymur Aydın oğlu - "Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri
Ağabəyli Murad Asif oğlu - "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini”.

Fondun Müşahidə Şurasının üzvü Seymur Orucov modern.az-a açıqlamasında gələcək planlardan danışıb:

"Əvvəla, bu təqdirəlayiq və gənclər tərəfindən bəyənilmiş çox böyük bir addım oldu. Çünki Gənclər Fondu ilk olaraq Gənclər və İdman Nazirliyinin yanında fəaliyyət göstərib. Daha sonra Prezident yanında status verilib. İndi isə publik hüquqi şəxsə çevrilib. Artıq qurumun bu gün ipoteka məsələlərinin səlahiyyətləri artıb.

Artıq düzgün bazanın üzərində aparılmış siyasət bu gün tam olaraq yeni bir məzmunda formalaşıb. Startap layihələrinə dəstəyin verilməsi, uzunmüddətli, qısamüddətli kreditlər, ipoteka məsələlərinin həlli üçün şəraitin yaradılması... Artıq bu məzmunda cənab Prezidentin sərəncamı ilə hazırlanmış tam yeni əsasnamə mövcuddur.

İnanmıram ki, dünyanın hansısa ölkəsində gəncləri bu formada hərtərəfli fikirləşsinlər. Çünki İKT , xüsusi qabiliyyət, regionlar sahəsində gənclərin sosial vəziyyətləri nəzərə alınır.

Əsasnamədə xaricdə yaxşı tədbir layihələrin iştirakı adlı bənd var. O da çox vacibdir. Azərbaycan gəncləri və Azərbaycan dövləti dünyaya inteqrasiya edir. Dünyanın təcrübə proqramlarına qatılaraq ordakı təcrübəni öyrənib Azərbaycanda tətbiq etmək çox yaxşıdır. Bütün bunlar yeni lokomotivin olacağından xəbər verir. Bunu da Azərbaycan dövləti həyata keçirir. Düşünürəm ki, gənclərimiz üçün çox yaxşı nəticələr olacaq”.

Şərhlər

XƏBƏR LENTİ