Kərəm Həsənov keçmiş Kalinin adına dövlət zavodunu çayxanalara çevirib – FOTOLAR
Bolgexeber.com xəbər saytı keçmiş Kalinin adına zavodun (indiki Sənayə Avtomatika İstehsalat Birliyi) bu günkü vəziyyəti, fəaliyyəti ilə bağlı araşdırma aparıb. Əməkdaşlarımız zavodun yerləşdiyi ərazidə olublar və çox maraqlı mənzərə ilə rastlaşıblar. Araşdırmalarımız nəticəsində məlum olub ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansında olan keçmiş Kalinin adına zavodun siması tamamilə dəyişib. Belə ki, zavodun boksları, “qaraj” və istehsalat sahələri çayxanalara kirayəyə verilib. Eyni zamanda zavodun əraziləri “moyka” kimi istifadə olunur. Digər tərəfi isə taxta, dəmir sexinə çevrilib. Qısası, zavod demək olar ki, tamamilə ayrı-ayrı şəxslərə kirayəyə verilib. Maraqlıdır, bu zavodun fəaliyyətini bərpa etməyin mümkünlüyü nə qədər çətin olsa da, onu başdan ayağa çayxanaya, “moyka”ya çevirmək də bir o qədər asan olmamalıdır. Heç şübhəsiz ki, kirayə pullarından əldə olunan vəsait təkcə zavodun formal şəkildə direktor vəzifəsini tutan şəxsin cibinə getmir. Həmçinin zavod direktoru ƏMDK-nin sədri K.Həsənovun razılığı olmadan zavodu çayçılara, ustalara arendaya verə bilməz. Araşdırma nəticəsində onu da öyrəndik ki, adıçəkilən zavod 20 milyon manata özəlləşdirməyə çıxarılıb.
















Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?