Polislər sayıqlığı itirmədilər...
Qusar rayonunda sahibkarlıqla məşğul olan Mübariz Verdixanov Daxili İşlər Nazirliyinə göndərdiyi təşəkkür məktubunda özünə məxsus mağazada baş vermiş yanğının söndürülməsində fəallıq göstərən rayon ərazisində xidmət edən Mühafizə Polisinin əməkdaşlarına dərin minnətdarlığını bildirib. Mövzuyla əlaqədar Baş Mühafizə İdarəsinin Quba Regional Şöbəsinin Qusar Bölməsində oldum, öz xidmətləriylə sahibkara dəstək və kömək edən əməkdaşlarla söhbət apardım.
xalqxeber.az bildirir ki, Qusar Bölməsinin manqa komandiri baş serjant Rafik Mərdanov və bölmənin əməkdaşları – polis serjantları Muxtar Əhmədov və Rəşid Rəşidov həmin gün baş verən hadisəni belə xatırladılar:
- İyulun 23-ü növbədə idik. Gecə saatlarında bölməyə mağazaların birində yanğın baş verməsi barədə siqnal daxil oldu. Manqa komandiri Rafik Mərdanov dərhal yanğınsöndürmə xidmətinə məlumat verdi, Muxtar Əhmədov və Rəşid Rəşidov isə tez hadisənin baş verdiyi mağazaya getdilər. Saat təxminən 4 olardı və elektrik naqillərinin qısaqapanması nəticəsində mağazada baş verən yanğın getdikcə genişlənir, obyekt içərisində avadanlıqlar və ərzaqlar yanırdı. Həmin vaxt biz əldə olan yanğınsöndürmə balonları ilə alovla mübarizəyə başladıq. Çünki bunu etməsək yangının miqyası böyüyər, qonşu tikililərə də keçə bilərdi. Alovu söndürməyə müvəffəq olduq.
Cəsur polislərimiz sahibkara etdikləri köməyi özlərinə vəzifə borcu hesab edirlər. Onlar bildirirlər ki, Qusar sakinləri bizə güvənirlər və bilirlər ki, hər hansı bir hadisə baş versə polis dərhal bunun qarşısını alacaq.
Baş Mühafizə İdarəsinin Quba Regional Şöbəsinin Qusar Bölməsinin manqa komandiri baş serjant Rafik Mərdanov və bölmənin əməkdaşları – polis serjantları Muxtar Əhmədov və Rəşid Rəşidov artıq neçə illərdi ki mühafizə polisində xidmət edirlər. Bölmənin digər əməkdaşları da onlar kimi nümunəvi xidmətləri ilə hər zaman yerli sakinlərin rəğbətini qazanıblar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?