SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur - FOTOLAR

Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur - FOTOLAR

Tarix:

29-06-2018, 12:55

/ 1 613 dəfə oxundu.
Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur - FOTOLAR

Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən meşənin yandırılması və ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı bir neçə gün öncə Realliq.info – ya daxil olan məlumat araşdırılıb. Saytın ərazidə olan əməkdaşı dəhşətli mənzərənin şahidi olub.
Ramana qəsəbəsində yerləşən hektarlarla meşə yandırılaraq ağaclar qurudulub. Bundan sonra ağacları kəsən şəxslər ərazini saxta sənədlərlə satışını təşkil edirlər. Ərazidə yaşayan vətəndaşlar bildiriblər ki, meşəni kütləvi şəkildə məhv edənlər Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarıdır. Miri və Yusif adlı məmurların yandırılan və məhv edilən meşənin ərazisini satışa çıxardığı məlum olub.
Ərazidə çəkilən fotolar və videolar bir daha baş verən qanunsuzluğu təsdiq etməkdədir.
Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin ərazi üzrə nümayəndəsi Miri müəllim sorğularımızı cavablandırarkən baş verənlərdən xəbərsiz olduğunu bildirib və fotoların ona təqdim edilməsini istəyib. Lakin araşdırmalar göstərir ki, ağacların kəsilməsindən və meşənin yandırılmaslndan xəbərsiz olduğunu söyləyən Miri müəllim qurudulmuş ərazinin satışını təşkil edir.
Birliyin Sabunçu rayonu üzrə məsul şəxsi olan Yusif müəllim isə zənglərimizə cavab vermədi.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin Bakı Ekologiya idarəsinin Sabunçu rayonu üzrə məsul şəxsi Şakir müəllimin Realliq.info – nun baş redaktoru ilə telefon danışığı bir sıra məsələlərə aydınlıq gətirib. Həmin səs yazısını yaxın saatlarda diqqətinizə çatdıracağıq. Şakir müəllim sorğuları cavablandırmaqdan yayınaraq özünün də Lənkərandan olduğunu və baş redaktora Talış meşələrinin kütləvi qırıldığı bir zamanda Sabunçuda baş verənlərdən narahat olmamağı məsləhət bilib. Nazirliyin əməkdaşı qeyd edib ki, yaşıllığın məhv edilməsindən xəbərsiz deyil və baş verənlərə belə can yandırmaq lazım deyil.
Şakir müəllimin əsəbləşməsi və faktlara görə jurnalistləri qınaması zəngin yarımçıq bitməsinə səbəb olub. Qeyd edək ki, ərazidə yaşayan sakinlər saytımızın əməkdaşına bildirmişdilər ki, meşənin yandırılaraq məhv edilməsi ilə bağlı Şakir müəllimə və Bakı Ekologiya idarəsinə müraciət ediblər. Qanunsuzluğun qarşısının alınmaması göstərir ki, məmurlar qazanc məqsədilə hektarlarla meşəni satışa çıxarıblar.
Ölkə başçısının tapşırıq və tövsiyyələrinə məhəl qoymayan Bakı İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi və Ekologiya Nazirliyinin əməkdaşları torpaqların qanunsuz sənədlərlə satışını davam etdirirlər. Ümüd edək ki, Ekologiya və Təbii Sərvətlər naziri Ramanada baş verən qanunsuzluğun və cinayət tərkibli əməllərin qarşısını alcaq və Şakir müəllim kimi məmurların qanunla cəzalandırılmasına tapşırıq verəcək.
Araşdırmalarımız davam edir.

Realliq.info
Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur - FOTOLAR
Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur - FOTOLAR
Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur - FOTOLAR
Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur - FOTOLAR
Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur - FOTOLAR
Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur - FOTOLAR
Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur - FOTOLAR
Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ