"Azadlıq" metrosu təhlükədə - Prezidentin sərəncamı ilə salınan park məhv edilir
Binəqədi rayonu ərazisində yerləşən "Azadlıq" metrosu çökmək təhlükəsi ilə üzləşib. Sakinlərin verdiyi məlumatda bildirilirdi ki, metronun ətrafında salınan park işbazlar və Bakı şəhər icra hakimiyyəti və Binəqədi rayon rəhbərliyinin şəxsi maraqlarının qurbanına çevrilib.
Ərazidə olan əməkdaşımızın müşahidələri də faktı təsdiq edir. Metronun üstündə hündürmərtəbəli bina və obyektlərin tikintisi davam edir. Parkın yaşıllıqları məhv edilməkdədir. Park ərazisində icra hakimiyyətinin qanunsuz sərəncamları ilə ticarət mərkəzləri tikilməkdədir.
Ərazidə yaşayan vətəndaşlar bildiriblər ki, acınacaqlı durumla bağlı rəsmi qurumlara müraciət olunub. Lakin aidiyyatı qurumlar, eləcədə Ekologiya və Təbii Sərvətlər nazirliyi yaranmış təhlükənin qarşısını almağa səy göstərmir.
Xatırladaq ki, "Azadlıq prospekti" metropolitenin iki sütunsuz stansiyasından biridir. Əməkdaşımızın çəkdiyi fotolardan da məlum olur ki, Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının çıxışındakı park istirahət üçün yararsız vəziyyətdədir. Burada parkdan əsər-əlamət qalmayıb. Parkın əksər yerlərində çökmələr yaranıb. Torpaq örtüyü üzərində pərçimlənmiş metlax və kafellər sıradan çıxıb. Yaşıllıq ərazilərinin ətrafında olan aqlay üzlüklər də eyni aqibəti yaşayıb. Parkın enişindən yoxuşuna çıxmaq üçün salınmış pilləkəndən də hərəkət etmək təhlükəlidi.
Qeyd edək ki, hazırda məhv edilən parkın salınması üçün Prezidentin sərəncamı ilə 2.6 milyon manat vəsait ayrılmışdı. Həmin vəsait hesabına salınan yaşıllıq indi soyqırıma məruz qalıb.
Müraciətlərlə bağlı araşdırmalarımız davam edir.
realliq.info 



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?