“Bilgah Beach Hotel”də soyğunçuluq: dənizə giriş 105 manatdır
“Uşağa fərqlilik olsun deyə bu dəfə “Bilgah Beach Hotel”ə (keçmiş adı “Jumeirah” – red.) gələk dedik.
Adətən ailəvi çox gözəl və rahat olduğu üçün “Xəzri” istirahət və sağlamlıq Mərkəzinə gedirəm. Bu dəfə bəlkə də həyatımın ən böyük səhvini etdim”.
AzEuroNews.com-un verdiyi xəbərə görə, bu şikayəti Vüqar Əliyarov feysbukdakı “Müştəriyəm, şikayətim var” səhifəsində yazıb.
Onun sözlərinə görə, əvvəlcə qeydiyyatda düz 35 dəqiqə gözləyiblər: “Cəmi 1 əməkdaş xidmət göstərir, özü oturub kondisionerli otaqda, camaat koridorda dönərə dönüb.
Daha sonra ödəniş adambaşı 35 manat, a kişi 35 manat e… Yazıblar ki, 3 yaşa qədər uşaq ödənişsiz, 12 yaşa qədər 20 manatdır. Oğlumun 11 yaşı var, deyir ki, yox, boyu 1.20 m-dən çoxdursa böyük kimi qəbul olunur, yəni 35 manat…
Dedim siz nə yeyib içirsiniz, hardan fikirləşirsiz bu debil qaydaları? İndi uşağa deyim ki, 12 yaşa kimi boy atma?!”
Şikayətçi əlavə edib ki, əsas konsert dənizə gedəndə yaşanıb: “Dostumla dənizə gedirik, kart turniketdən keçmir və…dadanqqq sənə debil xidmət!
Xanım deyir ki, dənizə getmək üçün ayrıca qeydiyyat, ödəniş və kart lazımdı. Yəni biz 1 saatlıq o mənasız dənizdə çimmək üçün təzədən 105 manat verməliyik.
Bu nə dərəbəylikdir? Dostlar, heç birinizə oranı tövsiyyə etmirəm. Hələ qidalanmadan xəbərimiz yoxdur, deyirler ora daha dəhşətdir”.
Qeyd edək ki, Bakıda 2012-ci ildən fəaliyyət göstərən bu otel Xəzər dənizinin sahilində, 300 metr uzunluqda özəl çimərlik xəttinə malik müasir kompleksdir. Kompleksə müxtəlif kateqoriyalara məxsus 176 otaq, eləcə də 14 şəxsi kottec daxildir.
AzEuroNews.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?