SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "NV construction" MMC-yə himayadarlıq edən məmurlar sahibkarı və vətəndaşları əzməkdə davam edir – VİDEO/FOTO

"NV construction" MMC-yə himayadarlıq edən məmurlar sahibkarı və vətəndaşları əzməkdə davam edir – VİDEO/FOTO

Tarix:

28-06-2018, 13:10

/ 1 926 dəfə oxundu.
"NV construction" MMC-yə himayadarlıq edən məmurlar sahibkarı və vətəndaşları əzməkdə davam edir – VİDEO/FOTO

"NV construction MMC" kiçik sahibkar Ələsgərov İlham Məhəmməd oğlunun Yasamal rayon Novaya küçəsi 16 ünvanında yerləşən torpaq sahəsinə həbs qoydurub!

XeberBiz.az-a müraciət edən sahibkar bildirib ki, hüquqi müstəvidə aidiyyatı instansiyalara müraciət edib. Torpaq sahəsinin kimə məxsus olduğun təsdiq edən bütün sənədlərinin olmasına baxmayaraq sahibkardan "NV construction MMC" Yasamal rayon məhkəməsinə şikayət edib.

İ.Ələsgərov bildirir ki, "NV construction" MMC ona qarşı iddiasında göstərib ki, onların adı çəkilən ərazidə tikinti aparılası olduğunu bilib və ərazini satın alıb ki, iddiaçı tərəfdən yüksək məbləğdə pul alsın. Yasamal rayon məhkəməsi İ.Əsgərova məxsus torpaq sahəsinə həbs qərarı çıxarıb!
Bundan sonra sahibkar apellyasiya məhkəməsinə şikayət etsədə onun mülkünə qoyulan həbs götürülməyib, "NV construction" MMC-nin iddiası üzrə verilən qərar qüvvədə qalıb.

Sahibkar bildirir ki, "NV construction" MMC-nin müdafiə edən məmurlar məhkəmə irqanlarına və hakimlərə təsir edirlər, imkan vermirlər ki, məhkəmə qanuni mülkə qoyulan “həbis”i götürsün. Şikayətçilərin verdiyi məlumata görə, şirkətə himayəradlıq edən məmurlar onları məhkəmələrdə süründürür. Himayadarlar olmasa "NV construction" MMC iddiası təmin edilməməli və qərar isə dərhal ləğv olunmalıdır...

Redaksiyadan: Yazıda adı keçən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.

Ələsgərov İlham Məhəmməd oğlu Azərbaycan Respubilkası Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:
Bakı şəhəri İcra Hakimiyyətinin 2015-ci ildən NV construction MMC-yə bina inşaası üçün verdiyi sərəncam Yasamal rayonu Novaya küçəsində yaşayan bir neçə ailəni həmin MMC-nin təsiri altına saldığı kimi, o cümlədən də mənimdə həmin ərazidə yerləşən XÜSUSİ MÜLKİYYƏTİMDƏ olan torpaq sahəmi təhlükə altına salmışdır. Belə ki, bu şirkət həmin sərəncamı əlində hüquqi bir sənəd tutaraq mənim əmlak komitəsi, Bakı Daşınmaz Əmlakın Dövlət reisterinin verdiyi çıxarışımın, XÜSUSİ MÜLKÜMÜN ləğv edilməsi ilə bağlı Yasamal rayonu məhkəməsinə gülünc bir iddia qaldırmış və məhkəməyə təzyiq edərək istəyinə nail olmuş, sənədlərimin ləğvinə qərar vermişdir. İşə baxan hakim özü belə bildirmişdir ki, Sizə aid olan sənədlər tam qanunidir bunu Dövlət verib və işə nümayəndə kimi dəvət olunan Əmlak Komitəsinin nümayəndəsi də mənə məxsus sənədlərin tam qanuni olduğunu təsdiq etmişdir. Bundan belə nəticəyə gəlmək olur ki, NV construction adlı MMC-i və Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı Mənim XÜSUSİ MÜLKÜMDƏN qanunla götürsək irəlidir, bəs onda Əmlak Komitəsi nəyə görə bu mülkü vətəndaşa verib, NV construction MMC-nin əlində o cür səlahiyyət imkan varsa niyə sənədi verən Dövlət qurumunu yox məni məhkəməyə verib Axı bu XÜSUSİ MÜLKDÜR.
Hörmətli Cənab Prezident, Hörmətli Mehriban Xanım bu məsələ ilə bağlı çox saylı müraciətlərim və qəbullarda olmuşam qəbul zamanı sənədlərimə baxan səlahiyyətli nümayəndələr belə NV construction MMC-nin iddiasına Bakı şəhəri icra hakimiyyətinin sərəncamının və Yasamal rayonu məhkəməsində isə baxan hakim Fuad Babayevin sənədlərimin XÜSUSİ MÜLKÜMÜN ləğvinə çıxarmış olduğu qərarın yalnış olduğunu bildiriblər. Mən bir vətəndaş kimi, sahibkar kimi, 8- aydır ki, bu şirkətin təzyiqi altında Məhkəmələrdə, qəbullarda, poçt şöbələrində qalmışam. Bununla bağlı Yasamal məhkəməsinin qərarından Apelyasiya şikayəti və Bakı şəhər İcra Hakimiyyətinin vermiş olduğu sərəncamdan 1- saylı İnzibati İqdisad Məhkəməsinə iddia qaldırmışam.
Hörmətli Cənab Prezident, Hörmətli Mehriban Xanım mənim ümüd yerim Sizə və Azərbaycan Respublikasının qanunlarıdır Sizdən xahiş edirəm bu məsələ ilə ədalətlə baxılması, işin xüsusi nəzarətə götürülməsi üçün müvafiq qurumlara göstəriş verəsiniz.

XeberBiz.az

Şərhlər

XƏBƏR LENTİ