BDU-nun kafedra müdirindən ciddi səhv
Bakı Dövlət Universitetinin kafedra müdirinin böyük bir konfransdakı çıxışı tənqidlərə səbəb olub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, professor Məhəbbət Dəmirçiyeva Rusiyada, Anapa kurortunda mediasiya üzrə konfransda çıxış edib. O, mediasiyadan, yəni istehlakçı hüquqlarının məhkəməyəqədər qorunmasından danışmaq əvəzində tamamilə uzaq mövzulardan söhbət açıb. Çıxışının əvvəlində bir neçə dəqiq özü haqda məlumat verib. Daha sonra qısa olaraq Azərbaycanda mediasiya instututunun olmadığını bildirib.
M.Dəmirçiyeva çıxışında davamında boşanmalardan, ailə-uşaq münasibətlərindən, əcnəbi vətəndaşların Azərbaycan internatlarından uşaq himayəyə götürməsindən, yaşlı insanların qocalar evlərinə verilməsindən danışıb.
Vəkil Əkrəm Həsənov qeyd edib ki, M.Dəmirçiyeva konfransdakı çıxışında namizədlik və doktorluq disstertasiyasını Moskva şəhərində müdafiə etdiyini desə də, universitetin saytında onun Tbilisidə müdafiə etdiyi qeyd edilib: “Belə əsaslandırmağa çalışır ki, Azərbaycanda mediasiya məlum deyil. Heç olmasa prezidentin 2016-cı ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə baxardı, axı orada mediasiyanın inkişaf tədbirləri nəzərdə tutulub.
Özü də rusca çox pis danışır. Əlbəttə, dili bilməmək qəbahət deyil. Lakin o boyda universitetdə dili bilən tapılmadı ki, bunu göndəriblər? İndi konfrans kurort şəhərində keçirilir deyə mütləq kafedra müdiri getməli idi?”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO