“Nar” Gəncə əmək yarmarkasında iştirak etdi
“Nar” Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən təşkil edilmiş əmək yarmarkasında iştirak edib. Çoxsaylı şirkətlərin iştirak etdiyi yarmarkada mobil operatorda marketinq və satış istiqamətləri üzrə müxtəlif vakant vəzifələrə sənəd qəbulu təşkil edilib. Mayın 31-də, Gəncə şəhərində keçirilmiş yarmarkadakı “Nar” stendi şəhər sakinlərinin böyük marağına səbəb olub. Bundan əlavə, stend ziyarətçiləri “Nar”-ın yay təcrübə proqramlarında iştirak barədə məlumat əldə ediblər.
Xatırladaq edək ki, daha öncə ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında “Nar” operatoru “Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülmüşdü. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
xalqxeber.az xəbər verir ki, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?