SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Rektorların yay yığımı: hansı universitetlər tələbələri soyur? - İddialar

Rektorların yay yığımı: hansı universitetlər tələbələri soyur? - İddialar

Tarix:

30-05-2018, 10:59

/ 1 749 dəfə oxundu.
Rektorların yay yığımı: hansı universitetlər tələbələri soyur? - İddialar

Ali məktəblərdə yay yığımı start götürüb

Sosial şəbəkələrə istinadən xəbər veririk ki, tələbələr hansı universitetlərdə semestr pulu yığıldığını yazırlar.

Ali məktəblərdə yay sessiyasının semestr imtahanları başlayıb. Tələbələr imtahanlardan, “zaçot”lardan, diplom işindən danışmaq belə istəmirlər: “Yaramıza toxunmayın!» deyirlər.

Hazırda rüşvətin daha çox olduğu ünvanlar olaraq Bakı Biznes Universiteti, Bakı Kooperasiya Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət Pedaqoji universitetinin adı çəkilir.

Məsələn, olke.az yazmışdı ki, Bakı Biznes Universitetində rüşvət yoxdur, amma bir kəsr 1000 manatdır. Onu da elə edirlər ki, guya ki, rüşvət deyil.

İmtahandan kəsirlər, sonra deyirlər ki, get mühasibata 280 manat ödə. Ödəyirsən yenə kəsilirsən. Nə isə 3 dəfə ödəyəndən sonra avtomatik keçirsən.

Azərbaycan Dillər Universitetində belə hal baş verib: qrupdan 500 manat pul yığılıb. Kompüter Şəbəkələrinin Təhlükəsizliyi fənnindən kurs işi verməyə görə pul istənilib. Verən uşaqlarla kurs işi də yazıldı, 34 balı da.

Universitetlərdə rüşvət məsələsi uzun illərdir ki, gündəmin əsas məsələlərindən biri olub.

Dəfələrlə Təhsil Nazirliyinin müvafiq əmrlərinə baxmayaraq bu kimi halların baş verməsi barədə məlumatlar yayılmaqda davam edib.

Son illər bu kimi neqativ halların qarşısının alınması istiqamətində müəyyən işlər görülüb və bu proses davam edir.

Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş "İctimai iştirakçılıq haqqında" qanuna müvafiq olaraq imtahanlarda şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə tanınmış təhsil mütəxəssisləri, QHT nümayəndələri, jurnalistlər və valideynlərin müəyyən qrupları imtahanları izləmək imkanı əldə ediblər.

Sosial şəbəkələrə istinadən xəbər veririk ki, kolleclərdə də rüşvət yığımı normaya çevrilib. Bölgələrdəki peşə məktəblərində, kolleclərdə, texnikumlarda tələbələri soyurlar.

Bundan əlavə, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Texnologiyalar, Gəncə Dövlət Universiteti tez-tez adı rüşvətdə hallanır.

Semestrin sonu yaxınlaşdıqca ali məktəblərdə həyacanlar da artır. Çünki tələbələr semestri minimum xərclə, müəllimlər isə maksimum gəlirlə başa vurmaq istəyirlər.

Azərbaycan 2005-ci ilin may ayının 19-dan Bolonya prosesinə qoşulsa da, prinsiplərinə əməl etmir.

Sisteminin tələblərinə görə semestr ərzində toplanılan ballar imtahanda yekun nəticəyə birbaşa təsir edir.

Dərsə davamiyyət də daxil olmaqla bütün göstəricilər balla hesablanır və imtahanın sonunda yekun nəticəyə əlavə olunur.

Tələbələr deyir ki, semesterdə keçilən bütün fənlərdən imtahan verilməsi mütləqdir. Zaçotlar isə ləğv olunub.

Bundan başqa seminarlarda iştirak edən tələbələrə də əlavə bal hesablanır. Semester imtahanı öncəsi tələbənin ən azı 50 balının olması zəruridir.

Tələbələr deyirlər ki, müəllimlər imtahan öncəsi onlardan həmin 50 balın yazılması üçün rüşvət tələb edirlər.

Azərbaycanda tələbələrin 70 faizi ödənişli təhsil alır. Bunun bir hissəsi də özəl ali məktəblərə şamil olunur. Özəl universitetlərin bir neçəsində kütləvi rüşvətxorluq hallarına rast gəlmək olar.

Bununla belə dövlət müəssisələrindən fərqli olaraq burda qiymətlər müəyyən qədər ucuzdur. Ancaq imtahan ərəfəsində rüşvət faktı daha çox Odlar Yurdu, Azərbaycan və digər özəl müəssisələrdə qeyd alınır.

FİA.AZ

Şərhlər

XƏBƏR LENTİ