SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sinif otağını özünə istirahət otağı etdirən direktor: 158 saylı məktəbdə “mehriban düşmənçilik

Sinif otağını özünə istirahət otağı etdirən direktor: 158 saylı məktəbdə “mehriban düşmənçilik

Tarix:

4-05-2018, 13:47

/ 2 471 dəfə oxundu.
Sinif otağını özünə istirahət otağı etdirən direktor: 158 saylı məktəbdə “mehriban düşmənçilik

Paytaxt Bakıda istifadəsi yararsız olan məktəb binalarının yenidən təmir edilməsi, yeni sinif otaqlarının şagirdlərin ixtiyarına verilməsi son 10 ildə dövlətin apardığı əsas təhsil siyasətinin bir parçasına çevrilib.

Buna baxmayaraq, yeni təhsil ocaqlarında valideynlərdən və müəllimələrdən yığılan rüşvətlər sözügedən təhsil siyasətinə vurulan ən böyük zərbələrdən biridir. Bu cür ümumtəhsil müəssisələrindən biri də Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbdir. Bildirək ki, 158 saylı məktəb 2013-cü ildə prezident İlham Əliyevin göstərişi ilə tam təmir edilərək istifadəyə verilib və açılışında prezident və xanımı Mehriban Əliyeva da iştirak edib. Amma bu təhsil ocağından rubrika.az-a daxil olan məlumatlarda bildirilir ki, məktəb hələ də rüşvətlə idarə edilir. Belə ki, məktəbə rəhbər təyin edildiyi bu bir neçə ildə xanım direktorun adı bir çox qalmaqalda hallanıb. Binəqədi rayonundan rüşvət faktina görə uzaqlaşan direktorun Yasamaldakı korrupsiya məcaraları yüksələn xət üzrə inkişaf edir. Dəfələrlə bu hallarla bağlı mətbuatda yazılar dərc olunmasına baxmayaraq Mehriban xanım bunlardan dərs götürmək əvəzinə öz “fəaliyyətini” daha da şaxələndirməklə məşğuldu.

Xanım direktor üçün özəl otaq

158 saylı məktəbdən rubrika.az saytına daxil olan məlumata görə, məktəbi öz xüsusi mülkü gözündə görən direktor dərs otaqlarının azlığına baxmayaraq, fənn kabinetlərinin birini aradakı divarda qapı açmaqla öz otağına əlavə edir, əvvəlki otağı isə özü üçün istirahət guşəsi etmək fikrindədi. Xanım direktor, məktəb daxilindəki “söküntü-tikinti” prosesini bununla izah edir ki, o çox yorulur və məktəbdə olduğu saatlarda yatıb dincəlməyə ehtiyacı var. Onu da qeyd edək ki, həmin məktəbdə, xüsusilə də həmin korpusda müəllimlərə işləmək üçün heç bir yer ayrılmayıb. Şəxsi maşınını düz məktəb binasının giriç qapısının ağzında saxlayan xanım, bir neçə işçini həyətdəki maşına qaravulçu təyin edib, maşının bütün ətrafı çagirdlərdən qorunur.

“Aylığa” buraxılan şagirdlər, təhqir edilən müəllimlər

Şikayətçinin sözlərinə görə, on, on birinci sinif uşaqlarından pul alaraq “aylığa buraxan”, dərsdən sonra sinif otaqlarını hər şagird üçün on manat hesabıyla hazırlıq keçən müəllimlərə icarəyə verən, müəllimlər arasında dərs saatlarını pulla bölən bu “işgüzar” xanım, öz gəlirlərini artırmaq məqsədilə müəllimləri get-gedə daha çox sıxışdırır. O, məktəbin dəhlizində yaşlı, təcrübəli müəllimləri şagirdlərin gözü qarşısında kobud ifadələrlə təhqir edir. İclasda əksəriyyəti qadın olan müəllimlərin içində hərbi müəllimi Azər müəllimin şəxsiyyətini alçaldaraq, təhqir edir.

Bir müəllimənin qətli?

Elə bu idarəçiliyin nəticəsidir ki, Mehriban xanımın “hakimiyyəti illərində” bir çox müəllim öz sənətindən imtina edərək məktəbdən uzaqlaşmışdır. Belə zərərçəkmişlərdən birinin Rubrika.Az saytına verdiyi məlumata görə, məktəbə gələn gündən keçmiş dərs hissə müdiri, ağır xəstəlikdən əziyyət çəkən Gülşən Bayramova ilə intriqaya girmiş, iki azyaşlı qız anası olan mərhum qadını tez-tez işdən çıxaracağı ilə hədələyərək səhhətinə ciddi ziyan vurmuşdur. Növbəti mübahisədən sonra evə gedən Gülşən xanımın halı pisləşmış, qəflətən dünyasını dəyişmişdir. Hadisənin səhəri direktor fövqaladə iclas keçirərək, onun ölümündə heç bir gühanı olmadığı haqda müəllimlərə məlumat vermiş və bu haqda danışmağı onlara qadağan etmişdir. Daha sonra Mehriban xanım İlham adlı idman müəllimin şərləyərək işdən çıxarmışdır. Şəxsiyyətini alçaltdığı iki ədəbiyyat müəllimi-Könül Şükürova və Nigar Cavadova isə öz hesablarına məzuniyyət götürərək məktəbdən uzaqlaşmışlar.

Müəllimlərin stolu da alınacaq?

Son vaxtlar isə müəllimlərin əksəriyyəti məktəbdəki işgəncəli rejimdən cana doyduqlarını dilə gətitirlər. Belə ki, Mehriban Ələkbərova dərs vaxtı sinif otaqlarının qapısının şüşəli hissəsindən gizlincə boylanaraq müəllimləri güdür, oturub jurnal yazan müəllim görəndə qəfil içəri girərək onları kobud sözlərlə təhqir edir. Son günlər isə məlumat verib ki, müəllim stollarını sinif otaqlarından yığışdıracaq. Aldıqları maaşın məbləğini tez-tez müəllimlərin başına qaxan direktorun hərəkəti çaş-baş qalmış müəllimlərə aydın deyil.

Rubrika.Az

Şərhlər

XƏBƏR LENTİ