SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əziz Əzizov Cəlilabaddan Yasamala keçidini piyada keçidlərini məhv etməklə nümayiş etdirir

Əziz Əzizov Cəlilabaddan Yasamala keçidini piyada keçidlərini məhv etməklə nümayiş etdirir

Tarix:

4-05-2018, 13:46

/ 2 009 dəfə oxundu.
Əziz Əzizov Cəlilabaddan Yasamala keçidini piyada keçidlərini məhv etməklə nümayiş etdirir

Yasamalda etiraz dalğasbı “alovlanır”

Diqqətli oxucular xatırlayırlar ki, uzun müddət Yasamal rayonu icra hakimiyyətinin başçısı postu boş qaldı. Bu müddət ərzində maraqlı qüvvələr bu vəzifədə özünü və yaxud öz adamını görmək üçün xeyli çaba sərf etdilər. Medyada da bu barədə çoxlarının piar kompaniyası həyata keçirildi. Amma, fevral ayında Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun bu vəzifəyə təyinatı bütün müzakirələrə son qoydu.
Xatırladaq ki, son zamanlar tikinti və söküntüləriylə yadda qalan bu rayon Bakının ən qazanclı ərazisi sayılır. Məlumata görə, yaxın gələcəkdə də Yasamal rayonunda bir çox köhnə binaların sökülməsi və yerinə yenilərinin inşa edilməsi dövlət planına salınıb. Bu mənada Yasamalı ələ keçirmək demək olar ki, bütün iri məmurların arzusu idi. Daha çox Kərəm Həsənova yaxınlığı ilə seçilən Ə.Əzizovun Yasamala gəlişi isə rayonda yeni bir mərhələnin başlanğıcı hesab edilir.
Rubrika.az bildirir ki, medyada Əziz Əzizovun biznes fəaliyyəti ilə əlaqədar da indiyə qədər kifayət qədər informasiyalar yayılıb. Onun olduğu bildirələn obyektlərin mühüm bir hissəsinin elə Yasamal ərazisində yerləşməsi diqqəti çəkir.
Yeni təyin olunmuş icra başçılarının rayonda öz gəlişini göstərmək üçün abadlıq işlərinə başlaması, səs-küylü toplantılar keçirməsi, bir neçə məmuru nümayişkəranə şəkildə işdən qovması köhnə praktikadır. Sələfi tərəfindən yenicə təmir edilmiş səkilərin, keçidlərin sökülərək təzədən qurulması da icra başçılarının “quruculuq planlarının” ayrılmaz hissəsidir. Bu mənada Əziz müəllimin Yasamala gəlişi də rayon sakinləri tərəfindən necə deyərlər “hiss olunmalıydı”. Və deyəsən o tarixi an artıq yetişib. Həm də necə yetişib...
Piadaları sıradan çıxarmaqla başlanan oyunu mat etmək olmaz. Bəlkə fildən (moldan) başlayasınız, cənab Əzizov!
Şərifzadə küçəsi 148 ünvanında, metronun “İnşaatçılar” stansiyasının çıxışında yerləşən və piyadaların kütləvi hərəkətdə olduğu ərzaidə piyada keçidinin, səkinin sökülməsinə başlanılıb.Əgər nəzərə alsaq ki, bəhs etdiyimiz yer “İnşaatçılar” metrosunun çıxışı olmaqla yanaşı, avtobuslar üçün ayrılmış piyada dayanacağına dirənən bu tikinti haqlı olaraq kütləvi narazılıq dalğasına çevrilib. Həmin ərazi satıldığı üçün orada tikinti işləri aparılır və bütün bunlar isə ərazidə yaşayanların, hərəkətdə olanların həyatını təhlükə qarşısında qoyub. Piyada keçidinin, səkinin satılması və burada tikinti işlərinin aparılmasının icra başçısından xəbərsiz olmasına isə yəqin ki, heç kim inanmaz. Əziz Əzizov Cəlilabaddan Yasamala keçidini deyəsən piyada keçidlərini məhv etməklə nümayiş etdirmək qərarına gəlib. Əks təqdirdə hər gün minlərlə insanın hərəkətdə olduğu ərazini sataraq tikinti meydançasına çevirməyə başqa ad vermək olmaz. Amma, piyadaları sıradan çıxarmaqla başlanılan oyunu mat etmək olmaz. Bəlkə fildən (moldan) başlayasınız, cənab Əzizov !

Mövzunu davam etdirəcəyik.

Rubrika.Az
Əziz Əzizov Cəlilabaddan Yasamala keçidini piyada keçidlərini məhv etməklə nümayiş etdirir
Əziz Əzizov Cəlilabaddan Yasamala keçidini piyada keçidlərini məhv etməklə nümayiş etdirir
Əziz Əzizov Cəlilabaddan Yasamala keçidini piyada keçidlərini məhv etməklə nümayiş etdirir

Şərhlər

XƏBƏR LENTİ