“Niyə vaxt itirək, vaxt pul deməkdir” - İlham Əliyev
Xəbər verdiyimiz kimi, Bakıda Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb.
Türkiyə KİV-nə istinadən xəbər veririk ki, toplantıda çıxış edən prezident İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğanla 2011-ci ildə imzaladıqları TANAP layihəsinin Cənub Qaz Dəhlizi üçün dönüş nöqtəsi olduğunu vurğulayıb. TANAP-da qənaətə yol verilərək xərclərin azaldıldığını deyən Əliyev Dünya Bankı, Asiya İnkişaf Bankı kimi maliyyə qurumlarının layihəyə dəstək verdiklərini vurğulayıb:
“Heç bir maneə bizi Cənub Qaz Dəhlizini reallaşdırmaqdan vaz keçirə bilməz. Süni gecikmələrdən qaçmalıyıq. Ekologiya problemini bəhanə edənlər ola bilər. Layihələrimizdəki ekoloji standart ən yüksək standartlardır. Nəticənin yaxşı olacağına əminəm. Sadəcə vaxt itirə bilərik. Niyə vaxt itirək ki, vaxt pul deməkdir. Layihə vaxtında başa çatdırılmalıdır.”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?