Abşeronda həyətyanı sahələri su basıb.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər veririk ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində Daşağıl gölünün daşması nəticəsində həyətyani sahələrə dolan suyun çəkilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.
Əməliyyat nəticəsidə həyətyanı sahələrdə suyun səviyyəsi 15-20 sm endirilib. Hazırda suyun çəkilməsi işləri davam etdirilir.