SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nəsimi DYP-dən daha bir özbaşınalıq- Qadın həkimi "avtoş" kimi tutdular

Nəsimi DYP-dən daha bir özbaşınalıq- Qadın həkimi "avtoş" kimi tutdular

Tarix:

7-04-2018, 10:19

/ 3 372 dəfə oxundu.
Nəsimi DYP-dən daha bir özbaşınalıq- Qadın həkimi "avtoş" kimi tutdular

Nəsimi DYP-dən daha bir özbaşınalıq - Qadın həkimi "avtoş" kimi tutdularHəkimə qarşı qanunsuzluq xəstənin ölümünə səbəb oldu.
Gənc fəal Bəxtiyar Hacıyev yol polisi ilə bağlı daha bir xəbər paylaşıb. Bildirib ki, dünən gecə bir xanım həkim dostu zəng edərək bildirik ki, YPX onun maşınını saxlayıb, cərimə duracağına aparır: "Dedim niyə? Dedi ki, xəstələrindən birinin vəziyyəti ağırlaşıb, xəstəxanaya çağırıblar, tələsirdi. Dedim axı ona görə cərimə duracağına aparmırlar maşını. Getdim, 99 YP-273 nömrəli maşındakı inspektora yaxınlaşdım, çox mədəni və səbrli şəkildə, saxlanmanın və cərimə duracağına aparılmanın səbəbini soruşdum. Dedi ki, sürətli sürüb, ay nə bilim dövlət tədbiri vardı (gecə 11-də) filan. Mən izah etdim ki, buna görə cərimə var, ancaq cərimə meydançasına aparmırlar maşını. Dedi ki, elə şey yoxdur. İnspektor kiməsə zəng etdi, sonra dedi hə, düz deyirsiniz, qanunsuzdur, amma mən buraxmıram, əcəb edirəm, gedin sabah məhkəməyə verin, kimə istəyirsiniz şikayət edin.

Gecə həmin XƏSTƏ DÜNYASINI DƏYİŞDİ! Nəsimi YPX-da bu barədə deyəndə, çox rahat şəkildə "işdir də, olanda olur, keçdi, getdi" dedilər".

avtosfer.az

Şərhlər

XƏBƏR LENTİ