SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sürücü Xətai DYP-nin "avtoş ovunu" ifşa etdi

Sürücü Xətai DYP-nin "avtoş ovunu" ifşa etdi

Tarix:

22-08-2018, 17:07

/ 2 464 dəfə oxundu.
Sürücü Xətai DYP-nin "avtoş ovunu" ifşa etdi

Sürücülərə necə tələ qurulur?Yolda manevr qaydasını pozan sürücüləri aldadıb "Avtoxuliqan" adıyla cərimə meydançasına aparan yol polisləri barədə sosial şəbəkədə məlumat yayılıb.
Yayılan məlumatda qeyd olunur ki, Nobel prospektində manevr qaydasını pozan sürücüləri izləyib qarşıdakı YPX əməkdaşlarına ötürən sürücü müəyyən olub. Həmin sürücü 99-MV-193 qeydiyyat nişanlı "Toyota"markalı avtomobili idarə edir.Sürücü yolda asta sürətlə hərəkət edərək manevr qaydasını və ya hərəkət sürətini aşan avtomobillərin nömrəsini qarşıda xidmət aparan Xətai rayon DYP bölməsinin YPX avtomobillərinə ötürür və həmin inspektorlar sürücüləri saxlayaraq "Avtoxuliqan" etdiklərini bildirir və qanunsuz olaraq cərimə meydançasına aparır. Avtosfer.az-a sürücülər tərəfindən dəfələrlə bu qanunsuzluq barədə şikayətlər daxil olub. Hüququnu bilən sürücülər idarəyə yaxınlaşaraq "Avtoxuliqanlıq" etmədiklərini bildiriblər və onları protokol tərtib etmədən sərbəst buraxıblar.

Şərhlər

XƏBƏR LENTİ