XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanda yeni medal təsis olundu

Azərbaycanda yeni medal təsis olundu

Azərbaycanda yeni medal təsis olundu
3-04-2018, 13:14

Azərbaycanda "Gəmiçilik saəsində xidmətlərə görə" medalı təsis olunub

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif ediləcəklər.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.