Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb və müharibəyə qayıtmağa hazırdır
İsrail ordusu yenidən İrana hücum etməyə hazırdır.
“The Times of Israel”in xəbərinə görə, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir deyib.
O bildirib ki, İranın yeni tənliklər diktə etmək, reallığı dəyişmək cəhdləri uğurlu alınmayacaq və İsrail ordusu “Hizbullah”a qarşı əməliyyatları davam etdirəcək.
“İsrail ordusu İranla döyüşə qayıtmaq üçün çevik hazırlığa malik olub və indi də malikdir. Biz İrana daha bir ağır və dərin zərbə vurmağa hazırıq”, - Eyal Zamir vurğulayıb.
Onun sözlərinə görə, İrana endirilən zərbələr daha əhəmiyyətli və şiddətli hücumlar üçün hazırlıq idi.
Qeyd edək ki, bundan əvvəl İsrailin İrana daha geniş hücum planlaşdırdığı, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra bu planın ləğv olunduğu ilə bağlı xəbərlər yayılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...