Aprelin 11-i iş günü deyil
2018-ci il aprelin 11-i növbədənkənar Prezidenti seçkiləri günü olduğundan həmin gün qeyri-iş günüdür.
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. E.Babayev bildirib ki, Prezidentin sərəncamına uyğun olaraq, prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub: “Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Bununla əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş “2018-ci il üçün iş vaxtının norması”na və “2018-ci ilin istehsalat təqvimi”nə əsasən, Azərbaycan Respublikası Prezidenti seçkiləri günü olan aprelin 11-i qeyri-iş günü kimi müəyyən olunub”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...