SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məşhur marketdə BİABIRÇILIQ: İylənmiş toyuq aldı... - VİDEO

Məşhur marketdə BİABIRÇILIQ: İylənmiş toyuq aldı... - VİDEO

Tarix:

29-03-2018, 11:14

/ 1 498 dəfə oxundu.
Məşhur marketdə BİABIRÇILIQ: İylənmiş toyuq aldı... - VİDEO

Space Tv-də aparıcı jurnalist Amil Xəlilin təqdimatında yayımlanan "Olar? Olmaz!" verilişində bu dəfə də alıcılardan danışılıb. Verilişə müraciət edən Ruslan adlı şəxs marketlərin birindən toyuq əti aldığını və evə apararkən toyuqların iyləndiyini gördüyünü qeyd edib.

Verilişə müraciət edən şikayətçinin sözlərinə görə toyuqu olduğu kimi mağazaya gətirib. Qəbzləri tələb edəndə evdə qaldığını, gedib gətirəcəyini bildirib. Nə baş verirsə bundan sonra olur. Kassirin yanında qalan toyuqlar müəmmalı şəkildə yoxa çıxır. Alıcı qəbzi gətirəndən sonra maraqlı cavabla qarşılanır, "Toyuqlar oğurlanıb. Oğrunu tapın gətirin biz sizin ödənişinizi edək!" Bu sözlər qarşısında təəccübünü gizlədə bilməyən alıcı "Olar? Olmaz!" verilişinə müraciət edib.

Aparıcı Amil Xəlil adı halanan mağazalar şəbəkəsinə yollanıb. Ən qəribə hal isə aparıcının elə yanında oxşar söhbət gedir. Alıcıya "oğrunu tapdın?" sualı verilir...

Şərhlər

XƏBƏR LENTİ