"Kapital Bank" məhkəmədə cavab verəcək - Bank isə bu barədə susur
İki nəfər “Kapital Bank”ı məhkəməyə verib.
İbrahimova Arzu Yaruz qızı və Ağamirov Əkbər Hüseyn oğlu Əmək müqavilələrinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi üzrə “Kapital Bank”ı Bakı Appelyasiya Məhkəməsinə verib.
Sözügedən bankın cavabdeh qismində iştirak edəcəyi məhkəmədə iddia ərizəsi geri qaytarılmayıb.
“Kapital Bank”ın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov saytımıza verdiyi məlumata görə, hazırda məhkəmə prosesi davam etdiyi üçün bu barədə açıqlama verə bilmirik.
Onun sözlərinə görə, hər iki şəxsin işdən çıxarılma səbəbləri məhkəmə prosesi bitdikdən sonra açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmələrdə aparılan bütün mülki işlər açıq keçirilir. Bank isə cavabdeh qismində iştirak edəcəyi məhkəmə prosesi ilə bağlı geniş açıqlama vermir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...