
Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Sənəddə bildirilir ki, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 4 172 000 manat ayrılıb.
Sərəncama əsasən, Biləsuvarın Muğankənd, Neftçalanın Mirzəqurbanlı, Qaraqaşlı, Aşağı Surra, Xoltəzəkənd, Xolqaraqaşlı, Qazaxbərəsi, Pirəbbə, İmişlinin Muradxanlı, Beyləqanın Əhmədli və Gödəklər kənd məktəbləri, həmçinin Saatlı şəhər 1 nömrəli ümumi orta məktəb üçün modul tipli binalar quraşdırılacaq.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sıra №-si
Təhsil müəssisələrinin adları
Ayrılan vəsait
Biləsuvar rayonu Muğankənd kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
Neftçala rayonu Mirzəqurbanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
Neftçala rayonu Qaraqaşlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
Neftçala rayonu Eldar Rəhmanov adına Aşağı Surra kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
Neftçala rayonu Rövşən Babayev adına Xoltəzəkənd kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
Neftçala rayonu Xolqaraqaşlı kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
Neftçala rayonu Qazaxbərəsi kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
Neftçala rayonu Pirəbbə kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 262 000
İmişli rayonu Muradxanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
Saatlı şəhər 1 nömrəli 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
Beyləqan rayonu, Əhmədli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
Beyləqan rayonu Gödəklər kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000
Cəmi 4 172 00