XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Prezident Təhsil Nazirliyinə 2 milyon 590 min pul ayırdı (SƏRƏNCAM)

Prezident Təhsil Nazirliyinə 2 milyon 590 min pul ayırdı (SƏRƏNCAM)

Prezident Təhsil Nazirliyinə 2 milyon 590 min pul ayırdı (SƏRƏNCAM)
16-02-2018, 18:49

Prezident İlham Əliyev fevralın 16-da "Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalayıb.
Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında cəmi 444 şagird yerlik modul tipli 8 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon 590 min manatı Təhsil Nazirliyinə ayrılıb.


Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

1 Ağdam şəhər 85 nömrəli 96 şagird yerlik modul tipli köçkün tam orta məktəbin quraşdırılması 425 000
2 Tərtər rayonu Kovdadıq kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000
3 Tərtər rayonu Zolgəran kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
4 Füzuli şəhər 24 nömrəli 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 330 000
5 Füzuli şəhər 20 nömrəli 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 390 000
6 Laçın rayonu Ağbulaq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 330 000
7 Laçın rayonu Sonasar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
8 Laçın rayonu Katos kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
Cəmi 2 590 000

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.