XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Baş həkim Bakı Reablitasiya Xəstəxanasını xüsusi mülkiyyəti kimi idarə edir - FAKT

Baş həkim Bakı Reablitasiya Xəstəxanasını xüsusi mülkiyyəti kimi idarə edir - FAKT

Baş həkim Bakı Reablitasiya Xəstəxanasını xüsusi mülkiyyəti kimi idarə edir - FAKT
16-03-2018, 16:55

Bakı Reablitasiya Xəstəxanasından Mehriban xanım Əliyevaya şikayət

Hörmətli Mehriban xanım !

Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilib. Bu nailiyyətlərin özülündə isə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu sabitlik və inkişaf xəttini Prezident İlham Əliyevin böyük uğurla davam etdirməsi dayanır. Məhz möhtərəm İlham Əliyevin gərgin və prinsipial fəaliyyəti nəticəsində respublikamız dünya dövlətləri sırasında layiqli yerini tutub və bu mövqeyimiz ilbəil möhkəmlənməkdədir.
Ölkəmizin hərtərəfli inkişaf və yeniləşmə yolunda qazandığı tarixi nailiyyətlərdə sizin təşəbbüskar fəaliyyətinizin, əzmkar mübarizənizin və humanistliyinizin də böyük rolu vardır. Sizin hələ Birinci vitse-prezident təyin olunmazdan öncə də Heydər Əliyev Fondunun prezidenti və Azərbaycanın birinci xanımı kimi ictimai, siyasi və mədəni sahədəki fəaliyyətinizi xalqımız yüksək qiymətləndirib.
Siz yarandığı gündən rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunu 13 il ərzində dünyanın ən nüfuzlu ictimai təşkilatlarından biri kimi inkişaf etdirməyə nail olmusunuz. Ümummilli liderin ideyalarının Azərbaycanda layiqincə yaşadılmasını təmin edərək, həm də onun beynəlxalq miqyasda təşviqatını böyük peşəkarlıqla həyata keçirmisiniz.
Siz bütün fəaliyyətinizlə Azərbaycan mədəniyyətinin şəriksiz dostu, səhiyyəmizin yorulmaz dəstəkçisi, uşaq və gənclərimizin isə əvəzsiz himayədarı kimi həm ölkə miqyasında, həm də beynəlxalq aləmdə Azərbaycan xanımlığına xüsusi nüfuz qazandırmısınız.

Hörmətli Mehriban xanım !

Ölkə başçımız İlham Əliyev tərəfindən respublikamızın bütün sahələrinə olduğu kimi, səhiyyə sektoruna da xüsusi diqqət göstərilir. Əminliklə deyə bilərik ki, bu diqqət və qayğının nəticəsində tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər uğurla davam etdirilir. Belə ki son illər ərzində ölkəmizdə 600-dən artıq tibb müəssisəsi tikilib və əsaslı təmir olunaraq, müasir avadanlıqla təchiz edilib. Təkcə ötən il ərzində 26 yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. Heş şübhəsiz ki, Azərbaycanın səhiyyə sisteminin müasir dünya standartları səviyyəsində yenidən qurulmasında, dövlət proqramlarının uğurla həyata keçirilməsində sizin müstəsna xidmətləriniz danılmazdır. Bu gün ölkəmizdə elə bir sahə tapmaq mümkün deyil ki, orada sizin qayğınızın, diqqətinizin silinməz izlərinə rast gəlinməsin.
Siz öz yorulmaz fəaliyyətinizlə hər bir məmura, vətəndaşa nümunə göstərir, vətənə, xalqa, dövlətə sonsuz sevginin və sədaqətin abidəsini ucaldırsınız. Əslində sizin fəaliyyətiniz hər bir məmur üçün bir məktəbdir. Lakin, çox təəssüflər olsun ki, sözdə özünü ümummili liderin ideyalarına sadiq bir kadr kimi qələmə verən bəzi məmurlar öz fəaliyyəti ilə dövlətimizn yürütdüyü böyük siyasətə kölgə salırlar. Sizin böyük əməyiniz sayəsində son illər Azərbaycan səhiyyəsi inqilabi dəyişikliklərə nail olub. Səhiyyə sisteminin maddi-texniki bazasının dünya standartları səviyyəsində qurulması üçün çəkdiyiniz əməyin nəticələrini hər bir ölkə vətəndaşı görür. Lakin, səhiyyə sistemində kök salan elə kadrlar vardır ki, onlar sizin bu möhtəşəm əməllərinizi sanki görməzdən gəlir, hər şeyə öz şəxsi maraqları çərçivəsindən yanaşırlar. Bakı Reablitasiya Xəstəxanasının baş həkimi Cəvahir Mütəllimovanın fəaliyyəti dediklərimizə bariz nümunədir. Onun fəaliyyəti səhiyyə sisteminə zərbə vurmaqdan başqa bir şey deyildir. Elə də böyük olmayan bir kollektivə rəhbərlik etməsinə baxmayaraq ( cəmisi 4-5 həkimdən ibarət bir kollektiv ) özünü orta əsr monarxları kimi aparan C. Mütəllimova Bakı Reablitasiya Xəstəxanasını xüsusi mülkiyyəti kimi idarə edir. Özünü tələbkar rəhbər kimi göstərmək istəsə də əslində bir xanıma yaraşmayacaq kobud rəftarı ilə kollektivdə dərin narazılıq formalaşdırır. Hər kəslə qışqır-bağır tonunda rəftarı, işçiləri aşağılaması onun gündəlik iş prinsipinə çevrilib. Onun haqqında işçiləri bildirir ki, Cəvahir Mütəllimova yaxşı ki, 4-5 nəfərlik bir kollektivə rəhbərlik rdir, Əks təqdirdə daha böyük kollektivdə qısa müddətdə üsyan baş verərdi.
Onun rəhbərliyi xəstəxananı tam iflic vəziyyətinə salıb. Dövlətin səhiyyə sisteminə göstərdiyi diqqət və qayğıdan sanki Bakı Reablitasiya Xəstəxanasına pay düşməyib. Maddi-texniki baza, dərmanlarla təchizat çox pis vəziyyətdədir. Bütün bu acınacaqlı vəziyyətin məsuliyyətini isə C. Mütəllimova dövlətin üzərinə atır, guya xəstəxanaya heç nə verilmədiyini bildirir.
Mənim həyat yoldaşım Bakı Reablitasiya Xəstəxanasında həkim işlədiyi üçün burada hökm sürən acınacaqlı vəziyyətlə yaxından tanışam. Artıq yaranmış böhranlı vəziyyətin ciddiliyini görərək bir vətəndaş, bir medya mənsubu olaraq susmamağa qərar verdim. Dövlətin səhiyyə sisteminə bu qədər diqqət və qayğı göstərdiyi bir məqamda C. Mütəllimovanın əməlləri cavabsız qalmamalıdır.
Xəstəxanada ən zəruri cihaz və avadanlıqlar çatışmır. İmtahan verərək BRX-yə işə qəbul olunan həyat yoldaşım EPQ cihazının olmamasını, bunun isə xəstələrin müayinəsini çətinləşdirdiyini bildirdikdə C. Mütəllimova “mən sizin üçün cihaz alanammı? Gedin probleminizi dövlətlə həll edin, onlardan istəyin” deyərək kobud cavab vermişdir. Maraqlıdır ki, baş həkim özünü dövlət məmuru saymırmı? Xəstəxananın zəruri təminatını təmin edə bilmirsə hansı haqla həmin vəzifədə oturub ? (Nəzərə alın ki, uzun-uzadı çək-çevirdən sonra EPQ aparatı xəstəxanaya verildi).
Elə bu faktı göstərmək kifayətdir ki, onun dövlət siyasətinə, şəxsən sizin böyük əməyinizə necə zərbə vurduğu aydın olsun.
Bakı Reablitasiya Xəstəxanasını sanki şəxsi müəssisəsi hesab edən Cəvahir Mütəllimova dövlət tərəfindən xəstəxananın normal fəaliyyəti üçün ayrılan vəsaitləri də istədiyi kimi xərcləyir. Bu səbəbdən də xəstəxananın təchizatı demək olar ki, acınacaqlı durumdadır. Xəstələrin sağlamlığını, taleyini alver predmetinə çevirən C.
Mütəllimova istər tabeliyində olan işçilərlə, istərsə də xəstələr, onların yaxınları ilə olduqca kobud, qaba rəftar edir, BRX-na müraciət edənlərlə sanki ondan asılı olan şəxslər kimi davranır. Onda yaranan “toxunulmazlıq, cəzasızlıq” duyğusu son həddədir. Odur ki, istədiyini edir, qanunları heçə saymaqdan belə çəkinmir.
Səhiyyə Nazirliyi tərəfindən BRX-da aparılan yoxlamalar isə dəhşətli faktları üzə çıxarıb. Qeyd etdiyim kimi məlum olub ki, dövlət büdcəsindən ayrılan vəsaitdən zərrə qədər də xəstəxananın tələbatı üçün sərf olunmayıb. Hətta xəstəxananın şirin su ilə təchiz olnması üçün kifayət qədər maddi vəsait ayrılsa da bu gün də krantlardan şor su axır. Çünki, şirin su üçün ayrılan pulları yeyib üstündən də şirin su içən C. Mütəllimova üçün xəstələrin nə yeyib-içdiyi əhəmiyyətsizdir. “Mən salim olum, cümlə-cahan batsa da batsın” düşüncəsiylə işləyən baş həkim öz əməlləriylə dövlətin gördüyü işlərə, şəxsən sizin gərgin əməyinizə, xoşməramlı missiyanıza kölgə salır.
Təsadüfi deyil ki, tutduğu qanunsuz əməllərə etiraz edənlərə hədə-qorxu gələn, “kimə istəyirsinizsə şikayət edin, heç kimdən qorxmuram” deyərək lağ edən C. Mütəllimova artıq qanunları, dövlətin ali iradəsini belə heçə sayır. Bu isə indiki həssas dönəmdə, ölkədə president seçkiləri keçirilən bir zamanda düşmən dəyirmanına su tökməyə bərabərdir.
BRX-nın fəaliyyəti haqqında çoxsaylı şikayətlər edilsə də, narazılıq pik həddə çatsa da hələ ki, C. Mütəllimovanın “toxunulmazlıq statusu” qalmaqdadır. Özü isə Təhsil nazirinin müavini Nigar Əliyeva ilə rəfiqə olmasını hər zaman şəstlə bildirir, hətta yeri gəldi-gəlmədi reklam da edir. Ondan narazılıq edənlərə isə Nigar xanımın onu hər zaman qoruduğunu söyləyir, bu səbəbdən də heç kmidən çəkinmədiyini bildirir.

Hörmətli Mehriban xanım !

Bakı Reablitasiya Xəstəxanasının baş həkimi C. Mütəllimova öz fəaliyyəti ilə rəhbərlik etdiyi kollektiv üzvlərini çətin duruma salıb. Təsadüfi deyil ki, burada heç bir həkim uzun müddət işləməyə səbr etmir. Onlar çarəni səssizcə işdən getməkdə görürlər. Bütün bunlar isə C. Mütəllimovaya sanki daha şövqlə həkimləri təhqir etməyə stimul verir.
Siz öz yüksək insani keyfiyyətləriniz, fəaliyyətiniz ilə Azərbaycan xanımlığının möhtəşəm timsalısınız. İnanırıq ki, bir məmura, bir vətəndaşa xas olmayan rəftarı ilə kiçik bir kollektivdə böyük problemlər yaradan C. Mütəllimovanın fəaliyyətinin araşdırılmasına göstəriş verəcəksiniz. Azərbaycan səhiyyəsinin inkişafına zərbə vuran bu şəxsin əməllərinə hüquqi qiymət verilməsinə kömək edəcəksiniz.
C. Mütəllimova öz əməlləri ilə cənab Prezidentin, şəxsən sizin gərgin əməyinizə, yüksək amallarınıza, insanlığa, vətənə, xalqa xidmətə hesablanan müqəddəs missiyanıza zərbə vurur. Dövlətin imicini ləkələyən belə birisinə dövlətin sərt qanunları ilə cavab verməyin zamanı çoxdan çatıb.

Öncədən sizə minnətdarlığımızı bildiririk.

Araşdırmamız davam edir.

Nicat Mahmudov
Rubrika.Az saytının Baş redaktoru

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.