“RoyalBank”ın filial müdiri həbs edildi
Lisenziyası ləğv edilən “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov və filialın sabiq xəzinədarı Rövşən Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mail Bayramovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Natiq Bayramov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib. O, məhkəmə iclas zalında həbs olunub.
Digər təqsirləndirilən Rövşən Qasımov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O da məhkəmə zalından həbs edilib.
İttihama görə, hər iki şəxs banka məxsus 44 min manat məbləğində pulu mənimsəməkdə ittiham edilib.
Natiq Bayramov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), Rövşən Qasımov barəsində isə 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilib.
Qeyd edək ki, hər iki şəxs 2014-cü ildə də eyni maddələr üzrə ittiham olunublar.
İttihama görə, “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakinini aldadaraq guya bankda onun və arvadının adına ümumilikdə 72 min ABŞ dolları olması barədə saxta əmanət kitabçasını təqdim etməklə külli miqdarda əmlakını ələ keçirib.
O, həmçinin eyni niyyətlə həmin şəxsi təkrarən aldadaraq 63 min manat pulu “Royal Bank” ASC-nin 5 saylı filialının Bakı şəhərində yerləşən inzibati binasında almaqla dələduzluq etməkdə təqsirli bilinir.
Onlar 2014-cü ildə saxlansalar da, bir müddət sonra azadlığa buraxılıblar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək