XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Fikrət Məmmədov yenidən Məhkəmə Hüquq Şurasının sədri seçildi

Fikrət Məmmədov yenidən Məhkəmə Hüquq Şurasının sədri seçildi

Fikrət Məmmədov yenidən Məhkəmə Hüquq Şurasının sədri seçildi
28-02-2018, 12:08

Məhkəmə Hüquq Şurasının iclası keçirilib.

İclasda bir sıra məsələlər müzakirə olunub, həmçinin təşkilati məsələlərə baxılıb.

İclasda Ali Məhkəmənin sədri, Şura üzvü Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar dövlət başçısı tərəfindən yenidən həmin vəzifəyə təyinatının məhkəmə hakimiyyətinə yüksək etimadın təzahürü olduğu vurğulanıb. Şuranın üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev təqdim olunub, ədliyyə naziri Fikrət Məmmədov yenidən Şuranın sədri seçilib.

Xatırladaq ki, F.Məmmədov 2005-ci ilin fevral ayından Məhkəmə Hüquq Şurasının sədridir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.