SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vəsiqələrlə bağlı dövlət rüsumu dəyişdi

Vəsiqələrlə bağlı dövlət rüsumu dəyişdi

Tarix:

23-02-2018, 14:20

/ 1 353 dəfə oxundu.
Vəsiqələrlə bağlı dövlət rüsumu dəyişdi

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib.

Qanuna dəyişiklik bu gün parlamentin plenar iclasında müzakirə olunub.

“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, bir iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat məbləğində müəyyən edilib.

Xatırladaq ki, mövcud qanuna əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə 5 manat, üç iş günü müddətində edildikdə 25 manat, bir iş günü müddətində verildikdə isə 35 manat məbləğindədir.

Qeyd edək ki, qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən (15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsədilə hazırlanıb.

Qanuna dəyişiklik 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

Şərhlər

XƏBƏR LENTİ