182 saylı məktəbdə qanunsuz pul yığılması ilə bağlı - MÜRACİƏT
Paytaxtın Binəqədi rayonunda yerləşən 182 nömrəli məktəbdə təhsil alan şagirdlərin valideynləri adıçəkilən təhsil ocağında 1 manat fond pulu, bayramlarda isə 20-50 manat civarında məcburi pul yığılması ilə bağlı məlumatlar daxil olmaqdadır.
Xaləddin İsgəndərovun qanunsuz əmrlərini və yerli icra nümayəndələrinin təkləblərinə boyun əyən təhsil ocağının rəhbəri Nazirliyin əmrlərini heçə sayaraq qanunsuzluqlara imza atmaqdadır.
Məktəbin bütün siniflərində müəllimlər üçün pul yığılır. Özü də məcburən. Verməyəndə də müəllimlər uşaqla üz-göz olur.
Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyevanın sözlərinə görə, ümumtəhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub və hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirildiyi təqdirdə müvafiq şəxslər barədə ciddi tədbir görüləcək. Həmin tədbirlərə töhmətdən tutmuş işdən azad olunmaya qədər bütün cəzalar aiddir.
Hal-hazırda məktəbdə davam edən qanunsuzluqlar sərhəd tanımır. birinci siniflərin smen dəyişikliyi üçün hər uşaqdan 20 azn tələbi üstə gəl qarşıdan gələn 8 mart Beynəlxalq qadınlar gününə 20-30 azn arası qanunsuz pul tələbi edildiyi bildirilir.
İnanırıq ki, Binəqədi rayon təhsili ciddi nəzarətə götürüləcək. Və bu sahədə olan boşluqlar aradan qaldırılacaq.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Bakunews.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...