Quba məktəbində rüşvət qalmaqalı: - müəllimlərdən 150 manat pul yığılır?
Quba rayonunun Afurca kənd orta məktəbində müəllimlərdən pul yığılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, Təhsil Nazirliyi tərəfindən məktəbdə yoxlamaların aparılmaması üçün 3 min manat pul tələbi qoyulub.
“Qubanın Afurca kəndində direktor müəllimlərdən 150 manat pul yığır. Səbəb kimi də yoxlamaların aparılmaması üçün hər məktəbin üzərinə 3 min AZN pul öhdəliyi qoyulmasını göstərir. Direktor deyir ki, bu pulu Təhsil Nazirliyi istəyir”, - deyə şikayətdə bildirilir.
Məlumatı dəqiqləşdirmək üçün Afurca kənd tam orta məktəbin direktoru İsmət Hüseynovla əlaqə saxladıq. Məktəb direktoru bu məlumatın iftira olduğunu bildirdi. Onun sözlərinə görə, məlumatı yayan adam məktəbdə işləmir: “Bu yanlış məlumatdır. Bizim məktəbdə pul yığılmır. Mənə bayaq zəng edib sosial şəbəkələrdə belə şikayətin yayıldığını dedilər. Ümumiyyətlə, mən demək istəyirəm ki, o adda adam tanımıram, bizim məktəbdə elə adam işləmir. Bizə iftira atırlar”, - deyə direktor bildirib.
Məktəb direktoru həmçinin nə Təhsil Nazirliyi, nə də Rayon Təhsil Şöbəsi tərəfindən məktəbdə hər hansı yoxlama aparılmadığını dedi.
Yayılmış qalmaqallı məlumatla bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin mətbuat xidmətindən virtualaz.org-un sorğusuna cavab olaraq bildirildi ki, Təhsil Nazirliyi və onun struktur bölmələri tərəfindən Quba rayonu ərazisində yerləşən heç bir təhsil müəssisəsində yoxlama aparılmır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...