SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ''Baksell Ltd'' müştərilərini aldatmaq üçün yeni fırıldaqlara əl atır..?

''Baksell Ltd'' müştərilərini aldatmaq üçün yeni fırıldaqlara əl atır..?

Tarix:

2-02-2018, 11:23

/ 1 993 dəfə oxundu.
''Baksell Ltd'' müştərilərini aldatmaq üçün yeni fırıldaqlara əl atır..?

“Baksell Ltd” MMC-nin yeni oyunları istifadəçiləri ondan şikayətçi salmaqdadır. aylarla yüklənən məbləğin balansdan silinməsi və aylıq internet limiti alan abunəçinin balansının tamamilə yoxa çıxması artıq onu sosial şəbəkələrə və media qurumlarına müraciət etməsinə vadar edib. Bununla bağlı keçən yazılarımızda qeyd etməyimizə baxmayaraq müştəri məmnuniyyəti adı ilə nömrəni öyrənib həll edəcəklərini bildirsələrdə bu günə qədər məsələ öz həllin tapmayıb. Üstə gəl redaksiyamıza üztutan vətəndaşların sayı durmadan artmaqdadır. Ş.Əliyev və O.Seyidov hər ikisi balanslarından qanunsuz olaraq internet və ya abunə borc adı ilə məbləğlərin silindiyini buna “Baksell Ltd” MMC-nin əməkdaşlarının belə cavab verə bilmədiyin qeyd edirlər. “Baksell Ltd” MMC-nin operatorla əlaqə nömrəsi 555-ə zəng edən abonent O.Seyidov qeyd edir ki, Aylıq internet paketini aldıqdan bir neçə gün sonra balansında olan pul məbləğinin yoxa çıxması onu narahat edib. müştəri xidmətlərinə zəng edən vətəndaş məslə ilə bağlı məlumat verməsinə baxmayaraq ona bildiriblər ki sizin aylıq internet paketiniz silindiyi üçün balansınızda olan məbləğdən internet istifadəsi üçün tutulmuşdur. 5 gün içində internet paketinin hansı yola kimlər tərəfindən ləğv edilməsi isə sirr olaraq qalmaqdadır. Vətəndaş aylıq internet sifariş verir və 5 gündən sonra sifarişi “Baksell Ltd” mobil operatoru tərəfindən ləğv edilir. Qanunla bunu vətəndaşı özü etməli olduğu halda şirkət vətəndaşı aldadaraq onun huquqlarını kobud şəkildə pozaraq həm internet istifadəsi üçün ödədiyi məbləği həmdə balansda olan mbləğini qanunsuz olaraq mənimsədiyin bildirən O.Seyidov yanvar ayından bu günə qədər onu mobil xətti üzərindən oğurlanan məbləğin hələdə qaytarılmadığını qeyd edir.
Vətəndaş Ş.Əliyevin isə başına gələnlər bundanda betər imiş. Sən demə abunə haqqı aylıq deyil həftəlik hesablanırmış bunu isə vətəndaş heç qəbul edə bilmir. Apardığımız araşdırmalardan məlum olur ki, mobil operatorların aylıq ödəniş dedikləri hər ayın 1-i tarixindən ayın son gününə qədər nəzərdə tutulur. Amma Şəliyev nömrəsini “Baksell Ltd” MMC-nin operator şəbəkəsinə daşıdığı gündən qısa müddət sonra həlli olmayan problemlə qarşılaşıb. Bu problemi isə nə “Baksell Ltd” MMC-nin səlahiyyətliləri nədə müştəri xidmətləri həl etmirlər. Ş.Əliyev qeyd edir ki, “Baksell Ltd” MMC-nin abunələrin balansından fırıldaq yolu ilə oğurladığı 5-10 manatdan ibarət məbləg deyildir. Yüksək məbləğdə oğurluqların edildiyin vurğulayan Ş.Əliyev 6-8 aydır balansına qoyduğu abunə pulundan sonra ona yeni yükləmə zamanı borclu olduğu qeyd edilir. Abunə haqqından artıq danışa bilmədiyin qeyd edən vətəndaş bu borcların hardan necə yaranmasına isə “Baksell Ltd” MMC-nin müştəri xidmətlərindəki əməkdaşlarından cavab ala bilməməsi ilə gileylənib.

İStehlakçıların hüquqlarını kobud şəkildə pozan “Baksell Ltd” MMC barəsində məhkəməyə müraciət etmək istədiklərin vurğulayan hər iki vətəndaş artıq bu şirkətin əməkdaşlarının və xidmətlərinin əlindən zara gəldiklərin deyirlər.

Bakunews.az

Şərhlər

XƏBƏR LENTİ