SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda polisi silahla hədələyib qaçan sürücü saxlanıldı, cinayət işi açıldı

Bakıda polisi silahla hədələyib qaçan sürücü saxlanıldı, cinayət işi açıldı

Tarix:

1-02-2018, 12:44

/ 1 559 dəfə oxundu.
Bakıda polisi silahla hədələyib qaçan sürücü saxlanıldı, cinayət işi açıldı

Bakıda yol polisinin üstünə silah çəkən sürücü saxlanılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisi bildirib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yol polisini pnevmatik tapança ilə hədələyərək hadisə yerindən qaçan sürücü saxlanılıb:

"Faktla bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və sürücü təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib".

Xatırladaq ki, yanvarın 31-də paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə “Volkswagen” markalı “90 UU 793” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb. T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gəlib.

Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırarkən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə hadisə yerindən qaçıb.

Şərhlər

XƏBƏR LENTİ