Bakıda “qapısız” avtobuslar: BNA nə iş görür? – Video
Paytaxt nəqliyyatında ən çox rast gəlinən və böyük təhlükə doğuran hallardan biri də marşrut avtobuslarının qapısı açıq şəkildə idarə edilməsidir. Sözügedən problem və digər çatışmazlıqlar daha əvvəllər də təkrarlandığı üçün marşrut avtobusları Bakı Nəqliyyat Agentliyinin (BNA) nəzarətinə verildi. Lakin bu da həmin problemin aradan qaldırılmasına yardımçı olmadı. Hələ də sosial şəbəkələrdə avtobusların qapısı açıq vəziyyətdə idarə olunması ilə bağlı videolar paylaşılır. Bəs BNA bu problemin həll üçün əsaslı addımlar atırmı?
Qurumun mətbuat katibi Mais Ağayev avtobusların qapısı açıq formada idarə edilməsi bağlı Axar.az-a danışarkən bildirib ki, belə hallarla mübarizəni asanlaşdırmaq üçün sürücülərin işə götürülməsi məsələsində müəyyən dəyişiklik edilməlidir:
“Bu problemlərin kökündə dayanan əsas məsələlərdən biri sürücülərin qeyri-peşəkar olması və işlərinə məsuliyyətsiz yanaşmasıdır. Agentliyin tərkibindəki Sürücü Təlim Mərkəzində təlimlər artıq başlayıb. Apardığımız monitorinqlər bunu deməyə əsas verir ki, təlimləri başa vuran avtobus sürücüləri tərəfindən yol-hərəkəti, etik və s. qaydaların pozulmasına rast gəlinmir. Amma sürücü nə qədər məsuliyyətsiz olsa da, heç bir sərnişini kimsə məcbur etmir ki, qapıdan sallanan vəziyyətdə yol getsin”.
Qurum rəsmisi bazar günü “Koroğlu” metrostansiyasından Ramana kəndinə hərəkət edən 204 saylı avtobusun qapısı açıq formada hərəkət etməsi ilə bağlı yayılan videoya da münasibət bildirib:
“Bu cür qayda pozuntusuna yol verən daşıyıcıların xətdən kənarlaşdırılmaması avtobusların az olmasından qaynaqlanır. Dünən həmin marşrut xətti üzrə daşıyıcılar çağırıldı və onlara ciddi xəbərdarlıq edildi. Görüntülərdəki 204 saylı avtobusu idarə edən sürücü artıq işdən kənarlaşdırılıb”.
BNA-nın yalnız mediada işıqlandırılan problemlərin ardınca getdiyi, bu tip sürücüləri özünün aşkarlamadığı və vaxtında tədbir görmədiyi barədə iradları isə qurum rəsmisi belə cavablandırıb:
“Avtobus sürücülərinin qayda pozuntularının aşkarlanması məsələsində ən böyük dəstəkçilərimiz jurnalistlər və fəal insanlardır. Yolda rastlaşdıqları bütün problemləri çəkib göndərirlər”.
Qeyd edək ki, problem əsasən marşrutların dəqiq qrafiklə işləməməsi və yaxud günün pik saatları ilə adi saatlardakı intervalın düzgün nizamlanmamasından qaynaqlanır. Pik saatlarda intervalın azaldılması əvəzinə artması və bunun tıxacla əlaqələndirilməsi cəhdi nəticədə sərnişinlərin avtobusdan “sallanaraq” getməsinə səbəb olur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?