Bakıda polis rəisi həbs edilib
Artıq Kürdəxanı həbsxanasına göndərilirb
Bakıda polis rəisi həbs edilib.
Həmin şəxs Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunda rəisi, polis pokovniki Fərhad Məmmədxanlıdır.
Məlumata görə, F.Məmmədxanlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib.
F.Məmmədxanlı işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan ``Vertu`` markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsəində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət ii başlanıb.
Bundan əlavə bildirilir ki, F.Məmmədxanlı ondan pulunu istəyən şəxsləri şərləyərək tutuduracağı ilə hədələyirmiş.
Məsələ ilə bağlı mətbuata heç bir açıqlama verilmir. Ailə üzvləri də məlumatın yayımasını istəmirlər. Bu səbəbdən F.Məmmədxanlının oğlu Turala müraciət etsək də sualımız cavabsız qaldı.
Criminal.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...