SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İcra başçısı ilə prokuror əlbəyaxa oldu: Zeytun bağı məhv edilir (FOTO)

İcra başçısı ilə prokuror əlbəyaxa oldu: Zeytun bağı məhv edilir (FOTO)

Tarix:

15-12-2017, 16:40

/ 2 157 dəfə oxundu.
İcra başçısı ilə prokuror əlbəyaxa oldu: Zeytun bağı məhv edilir (FOTO)

Bakının 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağının bir hissəsinin məhv etdirilərək, yerində tikinti işlərinə aparılması ilə bağlı məlumat vermişdik. Qeyd etmişdik ki, Heydər məscidininin yaxınlığında zeytun bağının bir hissəsinin məhv edilərək, yerində tikinti işlərinə başlanılması prosesinin arxasında birbaşa olaraq Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov dayanır. Məhz icra başçısının birbaşa tapşırığı ilə polisin müşaiyyəti altında əraziyə ağır texnika yeridilərək zeytun bağının bir hissəsində agaclar qırılaraq, yerində tikinti işlərinə başlanılıb.
Redaksiyamıza daxil olan məlumata görə, məlumatın ictimailəşməsindən sonra müvafiq qurumlardan zeytun bağının bir hissəsinin məhv edilməsinə görə sərt reaksiyalar gəlib. Daxil olan məlumatlara görə, aidiyyəti qurumlar zeytun bağında tikinti işlərinin dərhal dayandırılması ilə bağlı tapşırıqlar veriblər. Məlumatda iddia edilir ki, Binəqədi rayon prokuroru Nazim İmanov əraziyə tabeliyində olan işçilərini göndərərək, tikintinin dayandırılmasına çalışıb.
Amma prokurorun bu istəyi icra başçısı Xaləddin İsgəndərovun müdaxiləsindən sonra nəticəsiz qalıb. Belə ki, Xaləddin İsgəndərovun tikintini dayandırmaq istəyən prokurorla sərt şəkildə mübahisə etdiyi də bizə çatan məlumatlar sırasındadır…
Qeyd edək ki, hazırda da zeytun bağının məhv edilən hissəsində tikinti işləri davam etdirilməkdədir. Zeytun bağında tikinti işləri aparılması ilə bağlı araşdırmalarımız davam edir. Yazıda adları çəkilən şəxslərin mövqeyini də işıqlandırmağa hazırıq.

Tendensiya.com
İcra başçısı ilə prokuror əlbəyaxa oldu: Zeytun bağı məhv edilir (FOTO)
İcra başçısı ilə prokuror əlbəyaxa oldu: Zeytun bağı məhv edilir (FOTO)
İcra başçısı ilə prokuror əlbəyaxa oldu: Zeytun bağı məhv edilir (FOTO)
İcra başçısı ilə prokuror əlbəyaxa oldu: Zeytun bağı məhv edilir (FOTO)
İcra başçısı ilə prokuror əlbəyaxa oldu: Zeytun bağı məhv edilir (FOTO)
İcra başçısı ilə prokuror əlbəyaxa oldu: Zeytun bağı məhv edilir (FOTO)

Şərhlər

XƏBƏR LENTİ