XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Qızlar Universitetində nə baş verir? - tələbə-dekan qarşıdurması

Qızlar Universitetində nə baş verir? - tələbə-dekan qarşıdurması

Qızlar Universitetində nə baş verir? - tələbə-dekan qarşıdurması
12-12-2017, 09:49

2009-cu ildə Bakı Qızlar Universitetinin “Filologiya” fakültəsinin məzunu olan Xədicə Əfəndiyeva problemlə qarşılaşıb. Şikayətini ünvanlayan X.Əfəndiyeva bildirir ki, onun təhsil aldığı müddətdə qiymətləndirmə 5 ballıq sistemlə olub. Hazırda Türkiyədə təhsillə maraqlanan Xədicə Əfəndiyevanın transkript sənədindəki qiymətlər imkan vermir ki, o Türkiyədə təhsil alsın. O iddia edir ki, qiymətləri qərəzli formada aşağı salınıb.
Transkript tələbə təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri özündə əks etdirən sənəd (akademik transkript, dövlət xətti ilə təhsil alanlar istisna olmaqla, xaricdə öz hesabına təhsil alan tələbələr - təhsil aldıqları dövlətin qanunvericiliyinə uyğun leqallaşdırılmış akademik transkript) hesab olunur. Onun sözlərinə görə, universitet öncə bu sənədi verməkdən imtina edib:
“Daha sonra transkript verilib. 100 ballıq sistemlə, balımı kifayət qədər aşağı salmaqla bir transkript verdilər. Belə ki, kafi qiymətlərimin (yəni "3") hamısı 100 ballıq sistemin ən minimal "qənaətbəxş" adlanan qiymətləri ilə əvəzlənib. Dekandan tələb etdim ki, ya vicdanla transkript çıxarın, ya da oxuduğum beşballıq sistemlə olan qiymətləri verin. Dekan təkliflərimdən imtina etdi. Dekan məni rektor Ağarəhim Rəhimovun yanına göndərdi. Rektor da bu məsələni üzərinə götürməkdən imtina etdi. Dedi ki, dekan bilər. 5 ballıq sistemin "3"ü 100 ballıq sistemdə 70-lə qiymətləndirilə bilər. Dekan Mirvari Akkoç nəyə əsasən mənə ən minimal balları çıxarıb?”.
Bakı Qızlar Universitetininn tədris işləri üzrə prorektoru Həvva Abdullayeva da məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verib. Bildirib ki, qiymətlərin dəyişdirilməsi, aşağı salınması mümkünsüzdür:
“Bu arxiv sənədidir. Nazirlik tərəfindən təlimatlı məktub göndərilib. Burada 3 qiyməti 51-55 balla göstərilir. Ona verdiyimiz transkripti bizə qaytarsa, köhnə sistemlə transkript verə bilərik. Yaxud da 51-55 baş çərçivəsində qiymətləndirməni 55 olaraq da göstərə bilərik. Lakin o tələbənin məqsədi nədir bilmirəm. Həmin transkripti qaytarmır”.
H.Abdullayevanın sözlərinə görə orta bal 67 olmalıdır ki, şəxs xaricdə təhsil üçün müraciət etsin: “Bu tələbəyə dərs demişəm. Qiyabi təhsil alıb. Ona başa sala bilmirəm ki, qiymətləndirmə bu cür olmalıdır”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.