XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək

Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək

Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək
6-12-2017, 11:22

Sabah, dekabrın 7-də Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçiriləcək.
“Bulvar Otel”də keçiriləcək konfransda iştirak edəcək 116 nümayəndə seçilib.
Konfransda bir sıra məsələlər müzakirə olunacaq, habelə VK Rəyasət Heyətinə yeni üzvlər və sədr seçiləcək. Rəyasət heyətinin üzvlüyünə və sədrliyinə namizədlər konfrans zamanı irəli sürüləcəklər.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.