SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Quba sakinindən nazirə şok: “150 manat, 90 qəpiklə dolanmaq olar?”

Quba sakinindən nazirə şok: “150 manat, 90 qəpiklə dolanmaq olar?”

Tarix:

16-02-2017, 00:43

/ 7 817 dəfə oxundu.
Quba sakinindən nazirə şok: “150 manat, 90 qəpiklə dolanmaq olar?”

Fevralın 12-də Qubanın Qəçrəş kənd sakini Qılıncxanov Fuad Seyfəddin oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) elektron xidməti vasitəsi ilə müraciət edib

O, beş nəfərdən ibarət ailəsi üçün təyin olunmuş ünvanlı dövlət sosial yardımın həcminə yenidən baxılmasını və artırılmasını xahiş edib.

Belə ki, onun ailəsi - özü, həyat yoldaşı və 3 yetkinlik yaşına çatmayan övladları üçün 150 manat 90 qəpik məbləğində yardım təyin olunub. Həmin məbləğ və ərizəçinin ailəsinin digər gəlirləri ailənin ümumi yaşayış meyarını təmin etmir.

Buna görə də o, ailəsi üçün təyin olunmuş ünvanlı dövlət sosial yardımın məbləğinə yenidən baxılmasını və həmin məbləğin artırılmasını xahiş edib. Lakin nazirliyin elektron xidməti həmin müraciəti qəbul etməkdən imtina edir.

F.Qılıncxanov ailə tərkibi 5 nəfər olan heç bir məmurun 150 maat, 90 qəpiklə yaşaya bilməyəcəyini söyləyib:

“Ancaq mən acınacaqlı şəraitdə yaşamağa məhkumam. Nazirliyə müraciətimə baxmayaraq artım olmadı. Nazirlikdə işləyənlərin yəqin ki, bazarlarda qiymətlərdən xəbəri var. Onu da bilirlər ki, körpələrin gözü adamın əlində olur, atanın hər axşam evə əlidolu gəlməyini intizarla gözləyirlər.

Evə əliboş gedən ata üçün ondan acı bir mənzərə yoxdur. Yəqin ki, nazirlikdə ata olan da, baba olan da var. Onlar hər axşam övladlarına və nəvələrinə şirniyyat alır, oyuncaq aparır, parkda gəzməyə çıxarır.

Mən də hər bir vətəndaş kimi normal həyat istəyirəm. Axı bu mənim haqqımdır?! Cənab nazir, nazirliyə müraciətimdən sonra imtina cavabı aldım və tək ümid yeri kimi Sizə baxıram. İnanıram ki, müraciətimin araşdırılmasına müvafiq göstəriş verəcəksiniz”.

Şərhlər

XƏBƏR LENTİ