Aprel döyüşlərində iştirak edən hərbçini işə götürmədilər
Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Gültəkin Rzayeva oğlunun daxili işlər orqanlarında işə götürülməməsindən şikayətçidir.
Bu barədə "Qafqazinfo”ya müraciət edən şikayətçinin sözlərinə görə, oğlu Emin Rzayev 2016- ci ilin iyun ayında işə qəbul üçün Xəzər rayon Polis İdarəsinə müraciət edib:
"1 ildən sonra bizə cavab verdilər ki, oğlumu işə götürə bilməzlər. Onun 25 yaşı tamam olub. Ona deyiblər ki, hara istəsən şikayət edə bilərsən. Səni işə götürməyəcəyik. Oğlumun boyu 179 santimetdir. Aprel döyüşlərində kiçik çavuş kimi döyüşlərdə iştirak edib. Ali savadlıdır. Qaydalarda da göstərilir ki, 20- yaşından 30 yaşına kimi gənclərin polis orqanlarına qəbulu həyata keçirilə bilər”.
Məsələ ilə bağlı DİN-in mövqeyini öyrənmək istəsək də, hadisə araşdırıldıqdan sonra cavab verəcəklərini bildiriblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...