SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Biz bununla hara gedirik?” - Deputatdan sərt etiraz

“Biz bununla hara gedirik?” - Deputatdan sərt etiraz

Tarix:

8-11-2017, 13:43

/ 65 130 dəfə oxundu.
“Biz bununla hara gedirik?” - Deputatdan sərt etiraz

“Ölkədə tibb bacısı 120 manat, professional həkim isə 150 manat maaş alır. Biz bununla hara gedirik?”.

Bunu parlamentin 5 komitəsinin birgə iclasında bedcə müzakirə olunarkən millət vəkili Elmira Axundova deyib. O, bildirib ki, xaricdə təhsil alan gənclər ölkəyə qayıtmaq istəmirlər: “Onlar deyirlər ki, 200-300 manatla necə işləyək, ailəmizi necə dolandıraq. Həkimlərimiz ələbaxımlılığa öyrəniblər. Hamınız bilirsiniz ki, bu, hansı mənfi halların yaranmasına səbəb olur. Yaxşı həkimlərimiz var və onlar bu maaşa layiq deyillər”.

E. Axundova deyib ki, diabet və onkoloji xəstələrin sayında artım var, lakin vəsait eynidir: “Ayrılan preparatlar bütün xəstələrə çatmır. Növbə, qırğın, qiyamət… Yaşlı insanlar bəzən şəhər mərkəzinə 5-6 dəfə gəlmək məcburiyyətində qalırlar. Onkoloji xəstələr üçün guya dövlət proqramı var, lakin onlar da normal şəkildə təmin olunmurlar. Anadangəlmə əlillər 50-60 manat təqaüd alırlar. Bilirsiniz ki, həmin əlillərin çoxu özlərini idarə edə bilmirlər. Ailə üzvləri onlara baxır və bu, onları da işləməkdən məhrum edir. Bu məsələ birdəfəlik həll edilməlidir. Ya təqaüdlər normal şəkildə artırılmalıdır, 200-300 manat olsun, yaxud, onlara qulluq edən insanlara maaş ayrılmalıdır”.

Şərhlər

XƏBƏR LENTİ