60 nömrəli uşaq bağçasında BİABIRÇILIQ - "Kasıblar qrupu" yaradıldı
Paytaxtın Yasamal rayonunda yerləşən 60 nömrəli uşaq bağçasından valideynlər şikayətçidir.
Metbuat.az bildirir ki, narazıçılığa səbəb bağçaya yeni gələn direktorun tətbiq etdiyi qaydalardır. Valideynlər iddia edir ki, direktor Məsmə Quliyeva hər uşağa görə onlardan 50 manat pul tələb edir. Bu pulu verə bilməyən valideynlərin uşaqlarını isə yaratmış oduğu yeni qrupa yığır. Valideynlər arasında "Kasıblar qrupu" adlandırılan qrupda yaş fərqli olmayaraq, bütün uşaqlar eyni dərsi keçir. Bu da onlar təhsil səviyyələrinə mənfi təsir göstərir. Bu səbəblə, 20-dən çox valideyn Yasamal rayon İcra Hakimiyyətinə şikayət ərizəsi ilə müraciət ediblər.
Məsələ ilə bağlı Yasamal rayon 60 nömrəli uşaq bağçası ilə əlaqə saxladıq. Bildirildi ki, direktor mediaya açıqlama vermək istəmir. Problemlə bağlı bağçaya bu gün səhər saatlarında Bakı şəhər İcra Hakimiyyətindən komissiya gəlib. Komissiya direktordan məsələ ilə bağlı açıqlama alıb və gedib.
Problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, həmişə olduğu kimi zənglərimizə cavab verən olmadı.
Məsələ diqqətimizdədir...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...