Deputat: "Dağlıq Qarabağa Azərbaycan büdcəsindən vəsait ayrılsın"
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Zahid Oruc Azərbaycanın dövlət büdcəsindən Dağlıq Qarabağa vəsait ayrılmasını təklif edib.
Z.Oruc 2018-cil dövlət büdcəsinin müzakirəsi zamanı deyib ki, Azərbaycan sanki iqtisadi cəhətdən təcavüz aktı ilə barışıb:
"Dağlıq Qarabağla bağlı fikirlərimi həmişə gündəmə gətirmişəm. Bir sətir ilə büdcə sistemində Dağlıq Qarabağa ayırmaları qeyd etməliyik. Dağlıq Qarabağ erməni işğalı altındadır, ona görə də bu proses baş tutmayacaq. Biz ABŞ və digər ölkələrə etiraz edirik ki, 23-24 il ərzində, təxminən, 250 milyon dollara yaxın vəsait ayrılıb. Biz ona etiraz edəndə, dünya ölkələrinə rahatlıqla təqdim edə bilərik ki, Azərbaycanda büdcədən Naxçıvan Muxtar Respublikasına olduğu kimi Dağlıq Qarabağa da vəsait ayırıb, amma işğal reallığına görə büdcədən ayırma reallıqda işləmir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...