Notariuslarla bağlı yenilik
Azərbaycanda notariuslara lazım olan məlumatları elektron sorğu vasitəsilə əldə etmək hüququ verilir.
Milli Məclisdən verilən məlumata görə, bununla əlaqədar "Notariat haqqında" qanuna dəyişikliklər edilir. Bu dəyişikliklərlə notariuslar notariat hərəkətlərin aparılması və bununla əlaqədar elektron xidmətlərin göstərilməsi üçün lazım olan məlumat və sənədləri elektron sorğular göndərərək elektron informasiya sistemləri vasitəsilə ilə real vaxt rejimində əldə etmək hüququ qazanırlar.
Layihədə elektron informasiya sistemləri vasitəsilə əldə edilmiş məlumat və sənədlərin mötəbərliyinin təsdiqi məqsədi ilə həmin məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiq edilməsi tələbi nəzərdə tutulub.
Layihədə eyni zamanda notariusların dövlət torpaq kadastrından məlumat almaq hüququ təsbir edilib.
Belə ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, notariusların vergi agenti qismində çıxış etmələri ilə əlaqədar verginin dəqiq və düzgün hesablanması üçün dövlət torpaq kadastrının məlumatları zəruridir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...