SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xətaidə yaşıllıq məhv edilir: parkı qazıb...-VİDEO

Xətaidə yaşıllıq məhv edilir: parkı qazıb...-VİDEO

Tarix:

6-11-2017, 17:01

/ 65 425 dəfə oxundu.
Xətaidə yaşıllıq məhv edilir: parkı qazıb...-VİDEO

Bakının Xətai rayonu Gəncə prospekti 23A ünvanında yerləşən parkda yaşıllıq ərazi məhv edilir.

Sakinlərdən biri sözügedən ərazidə tikinti aparıldığı ilə bağlı "Qaynarinfo"ya video göndərib. Videodan da göründüyü kimi parkdakı yaşıllıq ərazidə ağaclar məhv edilir, qazıntı işləri aparılır. Parkın ərazisində kimin və hansı məqsədlə qazıntı işləri aparması barədə məlumat yoxdu.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq, amma qurumun saytında qeyd olunan nömrələrdən heç birinə cavab verilmədi.

Hadisənin səbəblərini öyrənmək üçün Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Rayonun İcra Hakimiyyətində münasibət öyrənmək üçün bir nəfəri tapa bilməyəndə nəticəsi belə olacaq. Kim haranı istəyir qazacaq, nə nə istəyir tikəcək...

http://qaynarinfo.az/az/201711061539-xetai-rayonunda-yasilliqlar-bele-mehv-edilir-video/

VİDEO BURADA

Şərhlər

XƏBƏR LENTİ