Qanunsuz ov edən şəxslər barəsində cinayət işi başlanmışdır -RƏSMİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Şahdag Milli Parkının Quba rayonu ərazisində yerləşən hissəsində qanunsuz olaraq qonur ayının ovlanması ilə bağlı Baş Prokurorluğa daxil olmuş material araşdırılmışdır.
Araşdırmalarla oktyabrın 28-də Şahdag Milli Parkının Quba rayonu ərazisində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 3-3,5 yaşında bir baş qonur ayının qanunsuz olaraq ovlanması və bununla da təbiətə 1200 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 258.3.2-ci (qanunsuz ov etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması aidiyyəti üzrə Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılmışdır.
Hazırda cinayəti törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...