Azərbaycanda ŞOK əməliyyat - Uşağa süni cinsiyyət orqanı tikildi
Azərbaycanda daha bir nadir patalogiyalı uşaq doğulub.
xalqxeber.az medicina.az-a istinadən xəbər verir ki, uşağın cinsiyyət orqanı olmayıb.
Həkimlər yenidoğulmuşa apeniya diaqnozu qoyub.
APENİYA – cinsiyyət orqanının olmaması və sidik axarının düz bağırsağa açılması sindromudur. Bu, tibbi ədəbiyyatlarda belə dəqiq məlumatı olmayan patologiyadır.
Həkimlər oğlan olduğu dəqiqləşdirilən 2 aylıq körpə üçün yerli toxumalarından və Gortex adlanan materialdan süni cinsiyyət orqanı düzəldib.
Süni orqan uşaq cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Toğrul Ömərov tərəfindən uşağa tikilib.
Əməliyyat zamanı sidik kanalı xayaların alt hissəsinə qədər gətirilib.
Toğrul həkimin dediyinə görə, süni orqan gələcəkdə uşağa heç bir narahatlıq yaratmayacaq, heç bir pozğunluq törətməyəcək, bu orqan sadəcə sidik ifrazında rol oynayacaq.
Uşağı daha 3 etaplı əməliyyat gözləyir ki, bundan sonra sidik kanalı bu orqanın ucuna çəkiləcək.
"Bəs bu uşaq gələcəkdə ata olmaq qabiliyyətinə malik olacaqmı” sualına cərrah "mümkündür” cavabını verib: "Xayalar normal inkişaf etdiyindən oradan sperm hüceyrələri götürülüb, süni mayalandırma ilə pasiyentin ata olmasını təmin etmək olar”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...