XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Yusif Səfərov küçəsi ilə bağlı xəbərdarlıq

Yusif Səfərov küçəsi ilə bağlı xəbərdarlıq

Yusif Səfərov küçəsi ilə bağlı xəbərdarlıq
14-10-2017, 13:36

Bu gecə Yusif Səfərov küçəsində rənglənmə işləri aparılacaq. Bu barədə "Azəravtoyol” ASC-nin mətbuat katibi sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, bu gün axşam saat 22:00-dan etibarən Xətai rayonu, Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.