SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Nar” fiziki məhdudiyyətli vətəndaşlara dəstəyini davam etdirir

“Nar” fiziki məhdudiyyətli vətəndaşlara dəstəyini davam etdirir

Tarix:

11-10-2017, 16:43

/ 82 559 dəfə oxundu.
“Nar” fiziki məhdudiyyətli vətəndaşlara dəstəyini davam etdirir

“Nar” şirkəti fiziki məhdudiyyətli insanların cəmiyyətin bir hissəsi olmaları üçün şərait yaratmağı özünə borc bilir və bu istiqamətdə layihələrini davam etdirir.

“Nar” bu istiqamətdə işlərə 2013-cü ildən başlayıb. Həmin il mobil operator özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Beynəlxalq karlar gününə həsr edilmiş bir aksiya keçirib. “Eşitməmək – düşünməmək deyil” layihəsi çərçivəsində Azərbaycan Karlar Cəmiyyətinə “Microsoft Excel”, “Microsoft Word”, “Microsoft PowerPoint” və digər ofis proqramlarının yazıldığı DVD videokurslar təqdim edilib. 2014-cü ildə eşitmə və nitq qabiliyyəti məhdud olanlar üçün məktəb yaradılıb. İlk mərhələdə 3 ay ərzində bu məktəbdə 25 nəfər floristika, bərbər işi, dekorativ əl işləri və kompüter işi kimi 4 istiqamət üzrə təlim keçib. “Nar” həm də məktəb məzunlarının məşğulluq məsələsinə xüsusi həssaslıqla yanaşıb. Bu ərəfədə şirkətdə artıq 15 nəfər eşitmə və nitq qabiliyyətli şəxs çalışıb.

Daha sonra, 2016-cı ildə “Nar” fiziki məhdudiyyətli şəxslərin ştatdan kənar, məsafədən çalışmalarına hesablanmış xüsusi məşğulluq xidmətinin yaradılması istiqamətində növbəti sosial layihəyə start verib.

Elə həmin il mobil operator “Uğur akademiyası” və ASAN ilə birlikdə “Həyat bizimlə daha rəngarəng” şüarı altında “Təlim məktəbi” layihəsinin növbəti mərhələsinə başlayıb. 3 ay müddətində həyata keçirilən layihə çərçivəsində 18-30 yaş arası eşitmə və nitq qabiliyyətli 75 gənc 3 istiqamət (rabitə cihazı təmiri, kompüter təmiri və dizayn proqramları) üzrə təlim keçib. Bu il “Nar” həmin təcrübəni bölgələrdə də tətbiq etməyə başlayıb. Məsələn, 2 ay ərzində 40 gənc Zaqatalada smartfon təmiri, aşpaz və dərzi kurslarında iştirak edib.

Qeyd edək ki, ölkədə sadəcə eşitmə və nitq qabiliyyəti məhdud olan vətəndaşların sayı 8 minə yaxındır.

Şərhlər

XƏBƏR LENTİ