XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib

İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib

İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
Bu gün, 12:46

İsrail Hərbi Hava Qüvvələri (HHQ) qısa müddət əvvəl İrandakı Hava Hücumundan Müdafiə sistemlərinə qarşı genişmiqyaslı hava zərbələri dalğasını başa çatdırıb.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata əsasən, gecə saatlarında başlayan əməliyyat çərçivəsində İsrail HHQ-yə məxsus onlarla qırıcı İrandakı strateji müdafiə sistemlərini vurub.

IDF bildirib ki, “Operation Roaring Lion” əməliyyatı zamanı zəifləyən aşkarlama və müdafiə imkanlarını bərpa etmək məqsədilə son vaxtlar İranın müxtəlif bölgələrində müdafiə sistemləri yerləşdirilib və zərbələr nəticəsində bu sistemlər məhv edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.