“Azəravtoyol” ASC vətəndaşları narazı salır - Sakinlər 1500 manatla razılaşmır
Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi 25 ünvanında yerləşən 5 mərtəbəli binanın söküləcəyi gözlənilir.
Binanın ilk 3 mərtəbəsi Bakı Dövlət Layihə İnstitutuna, 4 və 5-ci mərtəbəsi isə vaxtilə fəaliyyət göstərən "Tramvay-troleybus" idarəsinə məxsusdur. Hazırda 85 ailənin qanuni şəkildə yaşadığı binaya “Azəravtoyol” ASC tərəfindən sökülmə əmri verilib. Sakinlərə evlərinin hər kvadratmetri üçün 1500 manat pul təklif olunub. Lakin bəzi ailələr evlərinin kvadratmetri az olduğu üçün etirazlarını bildiriblər.
Problemin həlli istiqamətində addımların atılıb-atılmaması ilə bağlı “Azəravtoyol” ASC ilə əlaqə saxlanıldı. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Nəcəfli Metbuat.az-a açıqlamasında bildirdi ki, bu, onların səlahiyyətində olan məsələ deyil:
“Biz də bu ölkənin vətəndaşıyıq, onlar da. Onların vəziyyətini başa düşürük. Kompensasiyanın ödənilməsi səlahiyyətimizdə deyil. Problemin həlli istiqamətində qurumlarla birlikdə işlər görülür. Hazırda bir nəticə yoxdur”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...