SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Kanal 13”ün direktorunun məhkəməsi başladı

“Kanal 13”ün direktorunun məhkəməsi başladı

Tarix:

27-09-2017, 14:12

/ 55 273 dəfə oxundu.
“Kanal 13”ün direktorunun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib
Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Ə.Orucovun vəkili Cavad Cavadovun müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarılaraq onun yanında əyləşdirilməsi ilə bağlı vəsatəti təmin edilib və Ə. Orucov vəkillərinin yanında əyləşib.
Daha sonra vəkillər Ə.Orucov barəsində cinayət işinə xitam verilməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətlər qaldırıblar. Bu vəsatətlər təmin edilməyib.

Məhkəmə baxışı oktyabrın 10-a təyin edilib.

Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, məhkəmə ona 30 sutka inzibati həbs cəzası verilməsi barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Şərhlər

XƏBƏR LENTİ